Gözəl bir gün daha.. ❤️
Salam çox dəyərli Steemit Azərbaycan ailəsi.. Hər günümü gecədən planlayaraq yatan biri olduğum üçün gün ərzində edəcəyim işlərin siyahısını bitirmək mənim üçün günü beş ulduz ilə bitirmək sayılır. Bu gün qalxıb səhər yeməyimi yeyib çıxırdım ki evdə əlavə açarın olmadığı öyrəndim və bütün günü evdə qalaraq keçirməyə məcbur oldum ..Özümə səhər yeməyi hazırladım, payız gəlib xəstəlik çoxalır deyə yeməyimizə diqqət etməliyik))
Və üstündən çox keçmədi ki axşama qonaq gələcəyini öyrəndim..Belə olduqda yeni bir plan qurmalı oldum..Qonağı sevirəm amma işlər çox yorur adamı🙈.. Evləri yığışdırıb tam yemək edirdim kii evdəki ən balaca nümayəndəmiz onunla oynamaq üçün dayanmadan israr etdi.. Onun haqqında bir gün post paylaşaram. Çox sevimli və şirindi məncə.. İnsanı sinir stresdən uzaq tutur.Onunla da biraz vaxt keçirdim, təbii ki işə görə onun istəyini geri çevirəcək deyildim, sanki elə bir seçenek haqqım var da 🙄..
Axır ki açar gəldi evə, hamının istəyin yerinə yetirdim özümə də vaxt ayırmalıyam deyərək kofemi hazırlayıb üz tutdum parka. Evimizin yanında olan bu parkda olduqca çox insan olsa da mənə sakitlik verir.. Sizlərə göstərmək üçün şəkilləri də çəkdiyimə görə evə qayıda bilərəm..
Alış veriş edib cəld evə qayıtdım.Cəld yemək eləməyə başladım.Sonunda işlərim bitdi.Çox çeşid yemək eləməyi heç sevmirəm.. İsraf olur nəticədə. Analarımızdan qalma vərdiş kimi hər gələnə plov bişirmək məndə də adət halını alıb.. Sadəcə bu dəfə müasir forma plov etdim.(P.S tənbəl aşı da demək olar).
Qonaq gələn zaman yeməkdən çox gələn qonağın söhbəti maraqlı gəlir mənə.Tam çayı qoyurdum ki qapı döyüldü. Qonaqlar gəldi, mən gedim..
Günüm qarışıq, yorğun keçsə də maraqlı söhbətlər demək gülmək yorğunluğumu aldı nəticədə..Sevdiyim hədiyyəni də almaq lap sevindirdi məni..
Sizin ani baş verən hadisələrə reaksiyanız necə olur?? Mən təbii ki ilk öncə plan qurmalıyam..)) Gecəniz xeyrə qalsın Steemit Azərbaycan ailəsi.Yeni postlarda görüşmək ümidi ilə, özünüzə yaxşı baxın. ❤️
Hər zaman ehtiyyatda "B planı" olmalıdır)) Nuş olsun
Əlbəttə ki, çox sağ olun))
Aş çox dadlı idi 😄👌🏻👌🏻
Nuş olsun)))
Çox qəşəng süfrə olub. Allah heç bir evi qonaq-qarasız etməsin. Amin.
Çox sağ olun, amin inşallah 🙏❤️