Anlıq. ❤️
Salamlar, Steemit Azərbaijan ailəsi. Axşamınız xeyir.. Necəsiniz? Hal hazırda bizə yağış yağır. Bütün işlərimi bitirib çay içməyə vaxt edə bildim axır ki. Fürsətdən istifadə edib bir post da yazım dedim. ❤️
Mən əvvəlki postlarda bir dəfə sizlərə Qəbələnin özünə məxsus " qoz havası " şirniyyatının hazırlanmasını yazacam demişdim. Bu gün onu etdim. Sizlərlə də paylaşım. Etmək istəyən üçün deyim çox rahatdır və dadına söz ola bilməz.
Tərkibi :
İki stəkan çəkilmiş qoz.
Bir stəkan süd.
Bir stəkan şəkər tozu.
Bir xörək qaşığı un.
Kakao' nu sevənlər bir yemək qaşığı da onu əlavə edə bilərlər.
Yuxarıda yazdığım ərzaqları bir qabda qarışdırıb tam bərk halın alana kimi bişiririk. Sonra isə kakos yaxud çəkilmiş qoz ilə forma veririk. Və budur şirniyyatımız hazırdır. Qonaq ola bilərsiniz.
Bu gün bizim evin ən sevilən yeməklərindən olan kartof və quyruq etdim.
Daha çox közdə kababın etməyi sevirik ancaq duxovkada etdim. Sadə hazırlanması var. Kartofu soyub dilimləyib duz, istiot, nanə qurusu, sarıkök, duru yağ və quyruğu əlavə edib bişirirəm. Nəticədə dadlı bir yemək ortaya çıxır.))
Bu günlük bu qədər. . Özünüzə yaxşı baxın.. ❤️
Aleykum SALAM. Son günlər regionlar üzrə havalar birdən-birə dəyişir. Səhər normal günorta və gecə çovğun boran yada tamam əksi. Sumqayıtdan küləkli hava ilə çıxdım Qubaya çatandan yağış yağmağa başlamışdı...Şirniyyat xəstəsiyəm resept lap yerinə düşdü. Kartofa başqa gözəl simpatiyam var. Sadəcə olaraq bu post nəyə görə bu ac vaxtımda qarşıma çıxdı? 😔😂 Əllərinizə sağlıq. Fotolardan hiss etmək olurki, bişirilənlər dadlıdırlar
Elədir ki var, hava tez dəyişir. Xoş istirahətlər, ümidvaram ki istirahətə getmisiniz. Xoş sözləriniz üçün minnətdaram. ❤️
Çox sağ olun. Minnətdaram. Hə şeytanın qıçını qırdım. Fikirləşdim ki, bu istirahət gününü başqa cür qeyd edim.
Yaxşı da etdiniz. 👍
Çox sağ olun. Hərdən lazımdır😊
Şirniyyatın dadı gözəl idi, yenə istədim lap😅
Nuş olsun. ❤️
Nə zaman istəsəniz buyurun..