"Genius"-"Dahi" filmi haqda.
Son zamanlarda izlədiyim və çox bəyəndiyim film "Genius" filmi oldu. Film 10 seriyadan ibarətdir. Hələ ki, yalnız iki sezonu çəkilmişdir. Birinci sezon Albert Eynşteyn haqda, ikinci sezon isə Pablo Pikasso haqda çəkilib.
Mən birinci sezon haqda danışmaq istəyirəm, çünki ikinci sezon hələ davam edir, nə vaxtsa bu haqda da yazaram bəlkə.
Eynşteyni bütün dünya qayğısız, əhlikef bir insan kimi tanıyır, daha çox onun məzəli fotolarına baxıb bu qənaətə gəlmişik. Dahi alim haqda müxtəlif əfsanələr, maraqlı əhvalatlar mövcuddur.
https://goo.gl/images/LZ7LWi
Filmə gəldikdə isə, onu deyə bilərəm ki, film istənilən tərəfdən baxdıqda yüksək səviyyədə çəkilmişdir. Alimin həyatı on seriyada lazm olduğu qədər öz əksini tapmışdır. Filmdə Eynşteynin uşaqlıq illərindən başlayaraq ölən gününə qədər keçdiyi həyat yolu təsvir olunub. Baş rolda çox sevdiyim aktyor Cefri Raş çəkilmişdir, o, filmdə Eynşteynin yaşlılığını canlandırır.
Albert Eynşteyn haqda bilmədiyim çox şeyi bu filmdən öyrəndim. Və yalnız Eynşteyn deyil, filmdə digər taninmiş tarixi şəxslər də əks olunur. Bir sözlə film çox maarifləndiricidir, heç bir kitab oxumadan, saytları ələk-vələk etmədən maraqlı bir filmə baxıb çox şey öyrənmək olar.
https://goo.gl/images/zMYwmH
Filmdə Eynşteynin ixtiraları, kəşfləri ilə yanaşı şəxsi həyatı da olduğu kimi göstərilib. O, rəsmi olaraq iki dəfə evli olmuş, və ilk evliliyindən iki oğlu olmuşdur. Amma ailəsi və uşaqları onun üçün ikinci yerdə idi. Alberti düşündürən və yaşadan yalnız fizika idi.
Sevdiyi qadınlara qarşı bir az diqqətsiz və eqoist olan Albert bunun normal olduğunu və heç bir pis iş görmədiyini düşünür. O, həyatındakı qadınları rahatlıqla tərk edə bilir, baxmayaraq ki, bu qadınlardan bəziləri-məsələn birinci həyat yoldaşı onun üçün bütün həyatını puç etmişdi.
https://goo.gl/images/8ferxz
Filmdə Eynşteynin demək olar ki, bütün ixtiraları haqda danışılıb. O, hər an, hər dəqiqə fizika haqda düşünür, yeni kəşflər etmək üçün yaşayırdı.
Eynşteynlə yanaşı biz bu filmdə, Mariya və Pyer Küri və indi adlarını xatırlaya bilmədiyim bir çox dahi şəxsiyyətləri də görürük. Həm də tarixi hadisələrin şahidi olmuş oluruq.
Bütün bu və digər səbəblərə görə mən bu filmi çox sevdim, zamanım olarsa bir daha diqqətlə baxacam. Film sevərlərə də bu tarixi və melodram janrında çəkilmiş gözəl filmə baxmağı tövsiyyə edirəm. Əminəm ki, çox şey öyrənəcək və vaxtınızı xərclədiyinizə görə peşman olmayacaqsız.
Bütün alimlərin, yazıçıların ümumən yaradıcı insanların həyatı, dünyaya baxışı həmişə mənə maraqlı gəlir, önərdiyin filmə mütləq baxacam. Çox sağ ol maraqlı yazı üçün.
Hər seriya bir saatdır. Vaxtını çox almayacaq.
İnanıram ki, bəyənəcəksən.
Dünyanin gelmiş gecmis en ünlü fizikçisinin hayatınin kısa bir özeti olmuş.film tavsiyeni dikkate alacağım:)
Teşekkür ederim. Bence bu filmi her kes izlemeli, çünkü yeni bilgiler elde etmek için çok faydalı bir film.
Bir belgesel kanalı için çekilmişti yanılmıyorsam seri halinde yayınlanacak
hatırlatma için teşekkürler :)
Evet doğru, National Geographic çekmiş. Yazıda yazmayi unutmuşum:)