Ha Yarqunat kimi sev, Yarmət kimi yarın olunca...
şəklin linki
Yarqunat və Yarmətin sevdası.. hələ də təsirindən çıxa bilmədiyim çox gözəl bir film idi. Bu filmdə bir qadının nə qədər vəfalı, sadiq olduğunun, sevgisini sonacan necə yaşatdığını,hər açılan səhərə ümid dolu baxdığını gördük. Yarqunat da evlənə bilərdi amma o gözləməyi seçdi, Yarmət isə başqasında təsəlli tapmağı.. Və uzun zaman gəlib keçər Yarqunatın və Yarmətin sevgi dolu nəğməsi ilə onların övladları qarşılaşıb, yeni bir sevgi yaradar. Onların sayəsində illər sonra Yarmətlə Yarqunat qovuşar. Yarqunat illər boyunca Yarməti xəyal edərək yaşamışdı, o elə bilirdi ki, bir gün isti günəş kimi doğacaq həyatına. Amma sən demə Yarmət soyuq günəşiymiş..ömrünə doğmayan,ona xoşbəxtlik bəxş etmiyən. Yarqunatın bu dediyi sözlər içimi sızıldadır. "Həyatıma ikinci dəfə soyuq günəş kimi doğdun. Arzularla, ümidlərlə dolu qəlbimi qışa çevirdin. Mənim dərdimi çəkmə, mən yenə əvvəlki səbrimlə, əbədi məhəbbətimlə yaşayacağam.
Get,Yarmət, get! Mənə sənlə bağlı xatirələr yetər"..
şəkilin linki
şəkilin linki