Həyat davam edir..
Etmək istədiyin şeyləri edə bilmərəm, bacara bilmərəm deyərək özünü zəhərləməyi burax. Mən işləyəcəm deyəndə mənə yaşın azdı, nə edəcəksən sutka işliyəssən? sən edə bilmərsən və.s sözlər deyilirdi. Bəlli, gözüm qorxurdu öhdəsindən gələ bilmərəm deyə. Sonra düşündüm, mən özümə inanmazkən onlar mənə niyə inansın ki? Və bir işə düzəldim. Bu işi tapmaq da mənim üçün asan olmadı. 18 yaşımın tamam olmaması, tələbə olmağım, təcrübəsizlik.. hər danışdığım yerdə eyni sözləri eşidirdim. Sonunda böyük bir marketdə kassir olaraq başladım. İlk başlarda çətinlik çəkirdim, həm işin yorğunluğu, həm də səbrsiz insanlar. Biri mənə sərt bir tonda bir söz deyəndə gözlərim dolurdu. O qədər həssas bir qızıydım ki, indi isə baxıram necə bərkimişəm, qazanılması çətin təcrübələr əldə etmişəm. Təcrübə deyərkən iş təcrübəsindən bəhs etmirəm, həyat təcrübəsindən danışıram. Bir gün müdir məni yanına çağırıb biraz danışmışdı. O an özümlə kiçicik də olsa qürur duymuşdum. "Sən yaşıdlarından fərqlənirsən, çox güclü qızsan". Çalışdığım qədər hər şeyi özüm etmək istəyirəm. Çoxumuz indi beləyik, az yaşdan öz ayaqlarımızın üstündə dururuq. Özünə vaxt ayıra bilmiyənlər də var, dostları gəzərkən o işdən, dərsdən vaxt edib gəzə bilmiyənlər. Sizə yaşınızı doyunca yaşamağı tövsiyə edirəm. Hər yeni gününüz, əvvəlkindən daha gözəl, əyləncəli keçsin. Zaman ötüb keçir, yaşlandıqda "gəncliyimi necə də əylənərək keçirmişəm" deyə bilmək hər birimizə qismət olsun. Oxuduğunuz üçün təşəkkürlər əziz Steemit Azerbaijan ailəsi. 🧡
Əla🤌
bff 💖