İçədönük insanlar
Uzun axtarış sonrasında özümə bir diaqnoz qoydum.Düşünürdüm,insanları nə üçün sevmirəm?Buna bəs səbəb nədir?Nə üçün çoxluqdan qaçıram? Bəs göz təması? Hər ortamda səssizliyimi nə üçün qoruyuram? Bu suallara cavab tapmaq mənim üçün elə də asan olmadı.Vaxt alıcı məsələdir.Çünki,adını qoya bilmədiyin bir hiss səni yavaş yavaş məhv edir.Özümə sadəcə kənardan fikir verməyə başlamışdım.Mən dostlarımla əvvəlki qədər əylənə bilmədiyimin fərqinə vardım.Sonra isə uzun müddətdir gülmədiyimin.Maraqlı situasiyadır.Dəfələrlə psixoloqların yanına getməyimə baxmayaraq güvənsizlik problemindən 2 seansdan çox davam etdirə bilməmişəm bu proseduru.Onlara inanmırdım.Onlara olmayan bir söz deyib,onları sınayırdım.Axşam evə gələr-gəlməz dediyim sözü evdə eşidirdim.Bu hal məni daha da insanlara qarşı güvənsiz edirdi.Əvvəl razılaşırdımsa indi heç onlarla görüşə belə getməyə razı deyildim.Adətə insanlardan qaçırdım.Hər yerə tək getməyi çox sevirəm.Saatlarca tək başıma musiqi dinləyərək,heç bezmədən dolaşa bilərəm.Musiqi ciddi mənada mənim ruhumun qidasına çevirilib.Araşdırma etməyə başladım.Maraqlı gəlməyə başladı mənə.Tək mənəm belə? Qarşıma Beyhan Budak’ın bir videosu çıxdı.Psixoloqdur.Video başlığı diqqətimi çəkmişdi.İçədönük insanların 5 güclü özəlliyi.Videonu tam izlədikdən sonra sanki özümü tapmışdım.Kənarda insanlar mənim belə olmağımı normal qarşılamırdılar.Ancaq bu məcburi deyil,şəxsi seçimdir.İçədönük olmağı sevirəm.Tək başıma əylənib,tək başıma kofe içmək mənə çox böyük xoşbəxtlik gətirir və özümü çox hüzurlu hiss etdirir.İnsanların dediklərini zərrə qədər önəmsəmirəm.Sevmirəm insanları.Mənə görə insanların 95%i qəddardır.Sadəcə özlərini düşünən,başqa insanların hisslərindən anlamayan,ruhsuz insanlar.Əvvəl düşünürdüm bu yaxşı deyil bəlkə özümü dəyişdirməliyəm? Daha aktiv olmalıyam? Sınadım alınmadı.İnsanlar məni başa düşdüklərini sanmıram.Mənə elə gəlir mən başqa dünyaya aidəm.Özümü bu dünyadan hiss etmirəm və bu məni çox məyus edir.Mən artıq hissizləşdiyimin fərqinə varıram.Məni heç nə sevindirmir,güldürmür,əyləndirmir.Həyatı çox soyuq bir şəkildə tək başıma davam etdirirəm.Bu mənə elə gəlir əladı.Ən azından insanları həyatıma salıb onlara məni üzəcək bir şansı onlara vermirəm.Bu bir ehtimal olsa belə.Belə hər şey qaydasındadır.Tez qocalacağam bunun da fərqindəyəm.Ətrafımdakılar məni dəyişdirmək üçün əlindən gələni edir.Əvvəl isə əksi idi :) Mən onların əsəriyəm.