The Diary Game -Better Life Season 3 - 16.09.2021. Söz soxmağın faydaları haqqında. Giriş

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dostlar, necəsiniz?
Belə başlıqla giriş verəndə, özümü tiktoker Məhəmməd Dəniz kimi hiss edirəm. Burdan Azərbaycanda "Dükan xalçası açan bütün türk qardaşlarımıza salam olsun". Ciddi söhbətdir, aqqa canı. Söhbəti tutanlar, like eləsin, sayımızı bilək zad.

Gələk ən mühüm məsələlərə.
Bu gün saat 5-də oyandım, əl üzümü yudum, saçlarımı daradım. Pəncərələri açaraq evin havasını dəyişdim. Günəşin çıxmasına az qalmış yadıma düşdü ki, mən işə getməliyəm. Tez çaydanın altını qaladım. (Bizim tərəflərdə çaydanın altını qalamaq, odlamaq deyirlər).

Çantama göz gəzdirdim görüm, bəlkə əksik nəsə var, gördüm hər şey yerində deyil. Bir az əsəbləşdim. Əsəb dərmanı götürüb, çantama qoydum. 1 saatdan sonra qatarda çantama baxacam və görəcəm ki, qarın ağrısı dərmanını götürmüşəm. Və o lətifə yadıma düşəcək. " Qarın ağrısı dərmanı yerinə əsəb dərmanı atmışam, altımı da batırmışam, dünya vecimə də deyil". Bu lətifəni bilənlər bilməyənlərə danışsın.
Çay dəmlədim və özümə qəhvəaltı hazırlamağa başladım. Bu arada dietadayam desəm, yalan olmaz. Babat yeyirəm, yaşayıram ki, yeyəm. O tiplərdənəm.

İlk fotonu işə getdiyim yoldan qoyuram, sonra da yemək fotosunu qoyacam.

20210916_072343.jpg

"Hadi bakalım, radyoda Demet Akalın."
Səhəri də Üzeyir Mehdizadənin "Hələ cavan oğlanam mən" mahnısının sədaları altında qəhvəaltımı yekunlaşdırdım.

20210916_070852.jpg

Qəhvəaltı sözünün Azərbaycan dilində qarşılığı "zaftırakdı", bilməyənlər üçün not keçim. Ümumilikdə səhər yeməyi də deyə bilərsiz, türkcədə.

20210909_083605.jpg

Gülləri sevirəm, mən çiçəkləri də sevirəm. Ümumiyyətlə mən gözəl olan hər şeyi sevirəm. Biri kənardan deyir ki, bəs gözəl sənin gözlərindi. Özü-özünə sual verən bir ədəd admin. " Həyata bir daha gəlsəydin yenə gülləri sevərdin? O da qayıdır ki, bəli, bəli, yenə də bəli." Evləndilər.

Bura Heydər Əliyev Mərkəzidir. Bu görüntünü qatardan çəkdim. Mən telefonumla foto çəkməyi də sevirəm.

20210916_082156.jpg

Çinarlarım. Mən çinarlarımı böyüdürəm, sonra özümü asacam. Bəxtimin çinarları. Qoymerlər bu qoşmeyi yazem.

20210915_083426.jpg

Gün başlamadan bitirmək. Sarı çiçəyim. Aqilə də salamlar.

20210916_083049.jpg

Sonda dərin, fəlsəfi bir şeirlə yazını tamamlamaq istəyirəm.

" Ay uçan quşlar, drrrrmmm
Bir qanad salın, drrrmmmm"

Məni izləyin, mənimlə qalın. @revan746

CC @steemcurator01

Sort:  
 3 years ago 

Dükan xalçası

 3 years ago 

Reklamı başlayan peşəkardı.)))

 3 years ago 

Məhəmməd Dənizdi da. Reklam biznesinin üz qarası))

your days must be very fun, success always bro

 3 years ago 

do not indulge in such entertainment

belə əyləncənin içinə bəhməz

 3 years ago 

Yalandan gülənin nənəsi ölsün. Əclaf.

 3 years ago 

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

 3 years ago 

🤣🤣🤣🤣🤣🤣 Allah səni güldürsün. Gülməkdən ağladım.

 3 years ago 

Dəsti xəttimiz budur, nə edək, olanımız bu.

 3 years ago 

Superdi...

 3 years ago 

İzləyib oxuduğunuz üçün təşəkkür edirəm, zadsız.

 3 years ago 

Zadsız nə idi? 🙄

 3 years ago 

Mənim cümlələrim iki cür bitir, ya zadla, ya da zadsız.

 3 years ago 

Zad şeydən yaxşıdı... sən zadlarla davam elə əxi

 3 years ago 

Balaca tez-tez danışan söhbəti qarış quruş edən birazda pəltək uşaqları xatırlatdın.

 3 years ago 

 3 years ago (edited)

ALLAH saxlamış ya bu qədər də yox da. Söhbətə giriş verəndə SALAMlaşmaq lazımdır da. Çaydanın odununu bol elə))

 3 years ago 

Mənə tema lazım idi. Bu da oldu, okay. Devam, qorxun məndən, gəlirəm.))

 3 years ago 

Hesabları qarışdıran bir adminin dramı.

 3 years ago 

Maraqli ve mezeli post yazmisiz ))
Yuxudan duran kimi ilk oxudugum paylasimdi.
Amma meni gun baslamadan bitirmek sozu cox dusundurdu. 🤔

 3 years ago 

Bir nəfər də olsa səhər duranda Steemitə göz atırsa, artıq bu bizim uğurumuzdu. Məsələn, 2 həftə bundan geriyə bus sosial şəbəkədən sizin çevrəniz xəbərsiz idi.

Yeməyin yarısını gizlətmisən

 3 years ago 

söz soxmağa adam axtardığım vaxtlar var idi Facebook`da. sırf aranı qarışdırıb cırırdım aranı birdə görürdüm ki aləm dəyib bir birinə.

 3 years ago 

Mənim də Jan Valjan olan vaxtlarım idi, qojaldıx Vasif, qojaldıx))

 3 years ago 

Həm də çox.

 3 years ago 

ALLAH saxlamış dünya aləm vecivə olmaz da o boyda əsəb dərmanı atmısan)) Brooo subayçılıqdı. Özün-özüvə qulluq edirsən. Yaxşıki, vaxtında öyrənməmisən😊
Güllərə olan EŞQİNİN EŞQİNƏ Yıldız Usmanova yadıma düşdü


Neynəsən də xeyri yoxdu. Sözsüz ki, izləyirik. MAŞALLAH babat fanat ordun var. Polnı Məhəmməd Dənizlə dirəşə bilərsən güclü izləyici sayım var falan😉😂

 3 years ago 

Sənin canın yanmasın, bu nə komplimet idi a kişi?)) Fanat ordum e

 3 years ago 

Play listimde bu var mənim.

 3 years ago 

Axaxxaxa. Öldüm gülməkdən. Dırırım nəydi🤣🤣🤣. Sənin postların kankret baş ağrısı dərmanıdı.

 3 years ago 

Mən daha bir də belə postlar yazmıyajam)). Yusifin də maşınına minmiyəjəm.

Onun maşınındakı flaş kartı fırlatmaq laxımdı yoxsa kütləvi üzeyir dinliyən olacıyıq😄🤣

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63510.21
ETH 3068.27
USDT 1.00
SBD 3.81