Steem, Steemix və kriptoparalar.
Yenidən kriptoparalar haqqında mövzulara geri dönmək istəyirəm. Mən kritoparalar üzrə ekspert deyiləm, sadəcə bu sahə ilə maraqlandıqdan sonra iki ildən çoxdur ki, internet üzərində araşdırmalar apardım, daha gözəl gəlir qaynaqları bulmaya çalışdım. Paraların tarixini araşdırmağa can atdım. Bəzi bilgiləri sizinlə də paylaşmaq qərarına gəldim.
Tarixə nəzər salsaq, tarix boyu valyutalar müxtəlif formalarda mövcud olmuşdur. 4000 min il əvvəl molyusk qabığı para əvəzi işlənmişdir. Sonralar misirlilər buğda qarşılığında alış-veriş etməyə başladı. Müasir dövrə gəlib çatmış insanlıq artıq metal və kağız pullardan istifadə etməyə başladılar. Metal və kağız pulları dövlətlər tədavülə buraxdığı üçün insanlar bu pullara inandılar, arxasında dövlət var deyə daha güvən hissi vermiş göründü.
İndi isə kriptovalyutalar dövrü başladı. Kriptovalyuta tərəfdarları iddia edirlər ki, kağız pullar sadəcə inama bağlıdır, arxasında dövlət var deyə bir dəyəri var. Sabah nə olacaq deyə bir fikir yoxdur. Gələk kriptolara, bunlar havadan ortaya çıxmır, həddən çox elektrik enerjisi və güclü komputer yaddaşlarının hesabına meydana gəlir.
Kriptoparaların ən gözəl xüsusiyyətləri tərəflər bir-birinə ara təşkilatlar olmadan, məsələn banklara ehtiyac olmadan pul transgfer edə bilirlər.(peer-to-peer). Meselen, PayPal-a da ehtiyac yoxdur.
Bir az da Steemit üzərindən danışa bilərik, kriptoaləmdə qarşıma çıxan ən gözəl platformalardan biridir. İstifadəçilər burada paylaşımlar edərək ödül ala bilir, zamanlarını gözəl keçirmiş olurlar.
Azərbaycandan Steemit platformasında istifadəçi az olsa da çalışıb ərtafımızda hər kəsə sistemi anlatmaq və burada yer tutmalarını izah etmək lazımdır.
Əgər Azərbaycan dilində və türk dilində yazırsınıza yeni yaradılan Steemix.net səhifəsində yaza bilərsiniz. Hər cür bilgi və məlumat verməyə hazıram.


Congratulations @revan746 ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 1533 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.