Qarşındakını anlaya bilmək
Hamı eyni deyil. Hər bir insanın özünə məxsus xüsusiyyətləri var. Buna görə də istənilən insan digəri ilə dost ola bilmir, yola gedə bilmir. Yola gedə bilmək üçün iki insanın bir-birinin tamamlaması gərəkir. Biri əsəbi olduqda, digəri sakit olmalı, təmkini qorumalıdır. Bəzi xüsusiyyətlərə sahib insanlar da var ki, onlarla yola getmək çox çətindir və yola gedə bilən insan sayı çox azdır.
image
Məsələn kobud, aqressiv, hər şeyə qarışan, heç nəyi bəyənməyən və s. İndi isə bunlar haqqında bir-bir danışaq. İlk öncə kobud insanlardan başlayaq. Kobud insanlar durmadan insanlara qarşı sərt davranıb onların xətirlərinə dəyirlər. İnsan nə qədər əhəmiyyət verməsə belə elə söz deyirlər, elə bir hərəkət edirlər ki, inciməmək mümkün deyil. Bəzən özlərini dürüst, açıqsözlü adlandırırlar. Amma anlamırlar ki, etdikləri, dedikləri açıqsözlülük deyil, kobudluqdur. Aqressivliklə kobudluq demək olar ki, eynidir. Hər iki xüsusiyyətə sahib insanlar digərlərini acılayır, söz soruşduqda sərt cavablar verir, hətta qışqırırlar. Hər şeyə qarışmaq da pis bir xüsiyyətdir. Geyiminizdən tutmuş telefonu necə işlətməyinizə kimi hər şeyə qarışırlar. Bütün həyatınıza müdaxilə edirlər və bu da heç kimin xoşuna gəlməz. Heç nəyi bəyənməyən insanlara gələk.
Bu insanlar aldığınız hər şeydə, hər qərarınızda tənqid ediləsi bir şey taparlar. Hər kəs xoş sözlər eşotmək istəyər, aldığı hər hansı bir şeyin təriflənməsini, bəyənilməsini istəyər, qərarlarını dəstəkləyən birini istəyər yanında. Heç nəyi bəyənməyən insanlar onların motivasiyasını öldürər, ruh düşkünlüyünə səbəb olar. Özünü pis hiss etdirən birini də heç kim yanında istəməz və onunla yola getməz. Yola getməkdə, anlaşmaqda ən vacib rol oynayan xüsusiyyət anlayışlı olmaqdır. Anlaşmaq üçün bir-birinizi anlamanız, yəni anlayışlı olmaq lazımdır.
Anlayışlı insanlar etdiyiniz səhvləri belə anlayışla qarşılayırlar, heç nəyi böyütmürlər, kiçik bir səhvdə üstünüzə düşmürlər. Bunun üçün də bu insanlarla yola getmək çox asandır. Bu insanlar çox az hallarda kimləsə anlaşmamazlıq yaşayırlar. Hər kəs hər kəslə anlaşacaq deyə bir şey yoxdu. Xasiyyətlər müxtəlifdir. Yola getdiyiniz, sizi anlayan insanlar varsa həyatınızda, onları itirməyin və insanlara qarşı anlayışlı olmağa çalışın, hər kəslə xoş keçinməyə çalışın.
Oxuyub fikir bildirsəniz sevinərik @revan746
Anlamaqdan söz düşəndə Neyzen Teyfik in bir sözü həmişə yadıma düşür.deyir ki:
"Bu günə kimi məni bir kişi(nəfər) anladı,o da yalnış anladı"...
P.S -Qazaxlılar demişkən bunun elə bil ki" yığvalı qara gəlif"😉)))
Qarşındakı səni anlamırsa günah sənin özündədir. Bu fikrə 5* verən adamam
Boşu boşuna deyilmiş söz deyil.Mevlana Cəlaləddin Rumi deyib ki:
"Sən nə söylərsən söylə,söylədiyin qarşındakının anladığı qədərdir".Bilgimiz qarşı tərəfə ötürə bidiyimiz qədərdi
tamamilə razıyam.
Tüm yazıyı okudum ve gerçekten okurken zevk aldım mutlu oldum, konuşurken dil anlaşılıyor ama yazı da da böylesine benzerlik olduğunu ilk defa gördüm.. Türkçelerimiz hemen hemen aynı 😇😇
Yazınıza gelecek olursak. Buna da kesinlikle katılıyorum. Hatta fiziksel olarak bile insan sağında kalp olmadığı için sarılmak onu çok mutlu eder çünkü birbirini tamamlamış olur diye duymuştum eskiden.. 😇😇
Sizin yazı dili bir az farklı, amma son yıllar ortak kelmeler çokalmış. Okuduğun için, fikir bildirdiyin için teşekkürler.
evet bi kaç farklı harf var gözüme çarptı.. bende teşekkür ederim.. 😇😇