Novruz, bayram tətili, şəhər turu.

in #tr5 years ago (edited)

Azərbaycan dünyanın yeganə ölkəsdir ki, bizdə bayram tətilləri azı bir həftə olmasa biz ona bayram tətili demirik. Azı bir həftə. "Aclıq olsun, kef olsun" bizim millətin ən sevimli yaşam tərzi. Biz də bu tətil günlərini boş qoymaq istəmədik, uşaqları da götürüb çıxdıq şəhər turuna. Novruz bayramı ilə əlaqədar iş yerindən verilən bayram biletlərini də alıb yollandıq hədiyyələrimizin dalınca. Hədiyyə dediyin də 0.75 qəpik İran peçeniyalarını doldurublar bir torbaya olub hədiyyə. Əgər çaşıb bunlardan birini uşaq yesə xəstəxanalıq olmasına 100% təminat verə bilərəm.
Uzun sözün qısası dərd hədiyyə və İran peçeniyaları deyil, dərd uzun zamandı yaşadığın şəhərin teatrına bayram personajları olan Kosa və Keçəli görın zaman gəlirsən. Novruz gəlməsə insanlarımızın teatra gəlməsi ən problemli məsələ olaraq qalır, gəlib də Kosa ilə Keçəlin bayram paxlavası dilənməsi tamaşasına baxırsan, uşaqlar da dilə gəlir ki, bu niyə Şaxta baba kimi hədiyyə vermir? Ağır sualdı, xalqın personajı da dilənməklə məşğuldu. Keçənlərdə bizim Statistika komitəsi açıqlama verib ki, Sabirabad rayonunda 4.5 nəfər işsiz var, üstünə də bir Keçəl, bir Kosa əlavə etsək olacaq 6.5 nəfər. Bütün dünya paxıllıqdan çatlayacaq.
Novruz abu-havasından çox uzaqlaşmayın, nə də olsa yurdumuza bahar gəlib.

IMG_20190322_105315.jpg

Fürsətdən istifadə edib bir az şəkil çəkdim. Bizim ölkənin çox inqilabi ruhda olan insanları var. Qonşu ölkələrdə "Məxməri inqilablar" baş verən zaman bizim ölkənin şəhərlərində "Mərməri bardur" inqilabları geniş vüsət almışdı, bütün küçə və meydanları mərmər bardurlarla döşəyirdik. Gözəllik qurban tələb edir, qar yağan zaman xəstəxanalar sürüşüb yıxılanlar, ayaqları sınanlarla dolu olur. Həkimlər ac qalası deyil ki. Bizim hökümət hər bir fərdini ayrı-ayrılıqda düşünür.

IMG_20190322_105217.jpg

İnsanların yaradıcı olması sarı şamı səmənidən daha uzaq qoymaq qədər genişdir, bunu ölçüb biçənin metrəsinə maşallah, yüz alqış.
İnsanın niyyəti yaxşı olmayanda hər şeyi belə əyri-üyrü görür.

IMG_20190322_104845.jpg

Bu gözəl teatr binasının yan tərəfində bayraq dirəyi var, ən uzun dirəklərdən biridir, özüm çəkmədim ki, dirəyimiz gözünüzə girməsin. Özümü selfi etdim ki, Steemit tarixinə keçsin, gələcək nəsillər görsün, bilsin, agah olsun ki, bizim Novruz kimi bayramımız var.

IMG_20190322_105612.jpg

Nə hikmətdirsə bizim ölkədə tarixi binaların içərisindən fotolar çəkəndə mühafizə xidməti yaxınlaşır ki, " nə edirsiniz?". Əlacsız qalıb deyirsən ki, kitab oxuyuram. Dərd birdir ya iki, adam bir anda qocala bilər bu məmləkətdə, hər an krizə girə bilərsən, bu iqtisadi kriz də ola bilər, qəlb krizi də.

IMG_20190322_104641.jpg

Mühafizə xidmətinə 3-4 manat versəydim problemi başdan çözmək olardı, amma pulumuz çıxınca canımız çıxsın. "Get böyüyün gəlsin" deyib bir-iki foto çəkdim.

IMG_20190322_104743.jpg

Hələ fontanları demirəm, yayda balaca uşaqlar buralarda hovuz kimi istifadə edirlər. Nədə olsa bir işə yarayır.

IMG_20190322_104950.jpg

Yazıları oxumayın siz fotolara fokslanın, mən bütün gözəllikləri belə bir az pis tərəfdən görürəm. Bir da Novruz bayramınız mübarək.

Təşəkkürlər. Məni follow etməyi unutmayın. @revan746

Sort:  

@revan746 hocam sizi görmek güzeldi, ben de merak ediyordum fotoğraf size mi ait diye :) Bu arada yazının baş kısmındaki uzun girişten hiçbir şey anlamadım o kadar çok bilmediğim kelime vardı ki. Ama aradaki yazılar fotoğrafları anlattığı için daha anlaşılır. Ara ara böyle gezi yazıları güzel olur :) Elinize sağlık.

Ben de sanmıştım ki, biz sana azeri türkcesini tam öyretmişiz. Bu hiç iyi olmadı.

You got a 6.01% upvote from @minnowvotes courtesy of @etasarim!

busy Beneficiaries:
busy.org: 10% alacak haberin olsun hocam

Busy da başladımı kesinti yapmağa?

evet yeni bir bot yaptılar onu bahane ederek kesinti yapmaya başladılar

bu hiç iyi olmadı. uyardığın için teşekkürler.

İyi bayramlar, güzel bir gezi yazısı olmuş. Fotoğraflara bakınca bazı yerleri gezdiğimi hatırladım. Özellikle son fotoğraftaki yere sık sık gittik. Ellerine sağlık @revan746 Ama #gezi tagini unutmuşsun :)

Tekran senin hatıralarını tezeledim, ne mutlu bana. Edit etdim. Teşekkürler @damla


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 63318.34
ETH 3108.17
USDT 1.00
SBD 3.97