Life was beautiful
Salam olsun hamıya. Mən yenə çəkdiyim gözəl şəkillərnən qarşınıza gəldim.) İnanıram ki, çox bəyənəcəksiz.
Təbiəti çox sevdiyim üçün, bu gündə gözəl təbiət şəkilləri çəkmişəm. Mənim üçün təbiət sakit bir kənd həyatıdır. Amma bəziləri üçün təbiət, maşın səsləri əskik olmayan böyük şəhərdi. Mən hansısa rayona gedib istirahətdən sonra şəhərə qayıdanda çox daıxıram. Həmişə sakit, təbiəti gözəl olan kənd həyatında yaşamaq istəmişəm. Çəkdiyim şəkilləri sizlərdə görəndən sonra, inanıram ki mənən razılaşacaqsız.)
Bu cür güllü, çiçəkli bir evde kim yaşamaq istəməz axı.) Tıxaclardan, şəhərin səs küyündən uzaq. İnsan burda ancaq cavanlaşar.
Gözəl mənzərəli evin, gözəl baxçası. Adamın maddi cəhətdən çətinliyi olmasa, qalasan elə burda heç yerə çıxmayasan.) Təbiət deyiləndə çox insanın fikrində yaşıllıq olur. Amma, göründüyü kimi bu belə deyil. Yaşıllıq yox rəngarəng daha yaxşıdı.) Axırda gözüm dəyəcək bu güllərə hamısı quruyacaq.🙂
Daha gözəl bir şəkil çəkmişəm sizlər üçün. İstəyirəm gördüyüm gözəllikləri sizlərdə görəsiz. Dağın o tərəfindən gələn maraqlı duman. Sanki kimsə bir rəsm çəkib. Hər fəsilin doğurdan da, özünə məxsus öz gözəlliyi var. Amma bu gözəlliyi görmək üçün, şəhərdən uzaqlaşıb ucqar rayonlara getmək mütləqdi. Təbiətin gözəlliklərini şəhərdə görmək qeyri mümkündü.)
Təbiətlə ünsiyyət özünü daha xoşbəxt və enerjili, daha mənalı hiss etməyə kömək edir. Həkimlər belə,deppresiya və həyacan keçirən insanlara təbiətə çıxmağı məsləhət görür. Siz ama həkimlərə yox, mənə qulaq asın.) Doğurdan mütləq şəhərdən kənarlaşıb təbiət qoynunda istirahət etməyə özünüzə vaxt ayırın.
Bir gün steemitçilər yığışıb tur təşkil edib gedərik təbiət qoynuna.) Məncə maraqlı fikirdi.)
çox gozəl çəkilişdi ,əllərinə sağlıq həqiqətən təbiətin gözəlliyini hiss etdirdin bir daha...
Çoxsagol 🙂
Təzə təbiət, köhnə təbiət.
😀🤭😀
😁
Hal-hazırda bizim yaşadığımız yerin təbiətinin rəngi də bu rəngdədir eynən.
Çox gözəldi🙂
Şəkillər superdir, söz ola bilməz. Üstəlik, şəkillərə baxanda görmək olur ki, payıza keçiddəyik. Bütün təbiətin rəngi yaşıldan sarıya keçməkdədir🤩