«Ququ quşu yuvasının üzərindən uçarkən» filmi haqqında
Vaxtı ilə yazıçı Ken Kizi əlavə pul qazanmaq üçün ikinci iş tapır. Psixiatrın köməkçisi olur. Dəlixanada psixoloji və fiziki təcrübələrdə həvəslə iştirak edir. Özü də hərdən həblərdən istifadə edir. Gecə növbəsi olanda dəlilərlə söhbət edir və anlayır ki, heç də bütün dəlilər dəli deyil. Əksinə standart düşünən adamlar onları dəli sayaraq özlərindən uzaqlaşdırıblar. 1962-ci ildə
«Ququ quşu yuvasının üzərindən uçarkən» əsərini yazır. Əsər bir ilə bestsellerə çevrilir. Teatrda tamaşaya qoyulur. Başqa dillərə tərcümə olunur. Hətta 1975-ci ildə rejissor Miloş Forman əsər əsasında film çəkir və 5 oskar qazanır. Müəllif ağrılı prosesi keçməsəydi, duyuq düşməsəydi heç nə alınmayacaqdı.
Sort: Trending
Loading...