Well come Bro

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

#steemitazerbaijan - ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Millət gecəniz xeyir. Mən artıq saat 20:00- dan smendəyəm. İndi vaxt tapıb yaza bilirəm. Necəsiz ? Neynirsiz? Salamatçılıdı? Əslində bu postu bugün səhər vaxtı paylaşmalı idim. Bəzi səbəblərdən alınmadı. Nəisə dünən gecə smendə oldum və bugün səhər tezdən smendən çıxdım. Evə qayıdırdım. Liftlə mərətəbəmizə qalxdım. Qapılar açılanda gözəl bir mənzərə ilə qarşılaşdım. Sanki Mənə deyirdi: WELL COME BRO MYAUUUU😂

IMG_20211016_083916.jpg

Təzə qonşumuz var. O qədər şirindir ki, özümü saxlaya bilmədim. Avtobusda yata-yata gələn adamın yorğunluğu, yuxusuzluğu uçdu getdi. Zalım balası özünü istədəndi. Qonşular yaxşı qulluq etdikləri üçün MAŞALLAH ətə-qana gəlib.

IMG_20211016_084042.jpg

Bilməyən varsa deyim bilsin. Öz təcrübəmdən belə nəticəyə gəlmişəm ki, pişiyin ən zəif hissəsi onun boğazıdır. Pişiyin boğazını tumarlaya bildinsə, kürəyi yerə gəlməyən pişiyi ram edə bilərsən.

IMG_20211016_084013.jpg

IMG_20211016_084020.jpg

Bu da sübut. Öz kefindədir. Görün necə də xoşhal olub. Mənə də çox xoşdur. Bundan sonra pişiyi yığıb-yığışdırmaq olar? Ayaq üstə dayanmışam özünü ayaqlarıma sürtərək o tərəf, bu tərəf gedir. Ən xoşladığım pişiyin boğazını tumarlamaq və bir də əlimi burnundan gətirib quyruğuna kimi tumarlamaq. Həmin vaxt fikir vermişəm özü imkan verir və ona da xoş gəldiyi üçün şərait yaradır.

IMG_20211016_084226.jpg

Pik nöqtə sevdiyim vəziyyət😉 BALACA KİŞİDİ BU deyərək əzizləyirdim...Çalışıram heyvana əziyyət olmasın. Belə görünüşü çox komikdir. Hələlik məndən bu qədər. Ümid edirəm ki, bu fotolara baxan şəxs mətni oxumasa da cüzi də olsa gülümsündü. Bu mənə ömür boyu bəs edər. Bir daha hər kəsə təşəkkürlər və bol-bol steemlər arzu edirəm. ALLAH hamınızdan razı olsun. AMİN🤲

Sort:  
 3 years ago 

Aaa bu post tam Alpaylıqdır))
Sabah göstərəcəm ona 😻😸

 3 years ago 

Çox gözəl. Yazıq pişiyin başına oyun açmışam.

 3 years ago 

Pişik çox gözəl dostdur. Mən evdə itdən daha çox pişiyin olmasının tərəfdarıyam. Göz açmışıq bizdə daim evdə pişik olub.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.028
BTC 63597.74
ETH 2476.06
USDT 1.00
SBD 2.53