Nostalji STRİKE💪👊
Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyir. Necəsiz? Dostlar bir neçə gün əvvəl yüklədiyim oyun haqqında xırdaca paylaşımım olacaq. Nostalji hisslərə qapılıb bir vaxtlar xəstəsi olduğum (gənclik illərimdə) oyunun telefon versiyasını yüklədim. Düzdü kompüter effektini verməsə də pis deyil. Yola vermək olar. Əslində bu tipli oyunları telefondan çox kompüterdə oynamağı üstün tuturam. Çünki, kompüterdə idarə etmə və digər göstəricilər telefonla müqayisədə daha üstündür. Ən əsası hərəkət, idarəetmə və görüntü üstünlüyü. Amma kompüteri istədiyimiz vaxt, istədiyimiz yerə daşımaq olmur və əlavə yük olaraq insandan asılı qalır....
Texnologiyanın inkişafı bizim üçün bunu asanlaşdırır. Beləki, alternativini telefonumuza yükləyib işlərimizi görə bilərik. Çox zaman da telefonların üstünlüyü daha çox olur. Çünki, son zamanlar istehsal olunan telefonlar bəzi kompüter növlərindən daha da güclüdür. Yüklədiyim oyun da Critical Strike adlanır.
Kompüterdə oynadığım Counter- Strike oyununun telefon variantıdır. Biraz da fərqli tərəfləri var. Ehhhhh yenə nostalji anlar. Qrup şəklində internet klublarda yarışlarımız olurdu. Ən kritik anlarımız da olurdu ki, hər qrupda 1 oyunçu sağ qalır və oyunun taleyini həll edirlər...Tam professional olmasam da özümə görə oyun bacarığım vardı.
Burada başıma gələnlərdən əmin oldum ki, bu oyunu uzun müddət oynamasam da hələki oyunçuluq qabiliyyətim yerindəcə qalıb. İllər keçsə də, qocalığa yaxınlaşsam da o cəldlik hələki qalmaqdadır. ALLAHA çox şükür🤲
Ən çox da qürurverici an da budurki, Vətənimizin bayrağını yüksəklikdə dalğalandırmaqdır. Hərə bir cür mübarizə aparır. Mənim də mübarizə üsullarımdan biri də budur...Mübarizə dedikdə, fikrə neqativlik gəlməsin. Sağlam mübarizədir... Bu oyun online oyundur və beynəlxalq da demək olar. Hər millətdən, dövlətdən iştirakçılar tapmaq olur....
Dostlar hələlik bu qədər. Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram.
ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun, həyatınız qarşılaşdığınız problemlərə qarşı daima güclü STRİKE ilə dolu olsun... AMİN İNŞƏƏALLAH🤲