Gərnəşmə çənləri....
Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyir. Necəsiz? İş-Güc? Hə Dostlar belə-belə işlər. Bugün xoşladığım günlərdən biridir. Yəni, gecə nöbəsindəyəm😂 Biraz əvvəl eşitdiyim xoş xəbər əhval-ruhiyyəmə biraz da rəng qatdı. Şad xəbər də ondan ibarətdir ki, steemit üzrə yenidən turnirlər başlayacaq. ALLAHDAN xeyirlisi. AMİN İNŞƏƏALLAH🤲
Boşluq idi. Vaxt getmirdi. Üz tutdum digər qazanxanaya. Görüm iş yoldaşım nə edir. Salamatçılıqdı ya yox... Həm də post üçün mövzu axtarırdım... İstədiyim Yar idi, Yetirdi PƏRVƏRDİGAR... Keçən növbələrdə yadımda qalan burada hansısa detal vəya qurğu təmirə dayanmışdı...
Şəkildə gördüyünüz Qırmızı rəngli çənlərə "gərnəşmə balonu" deyilir... Deməli bu çənlərin iş prinsipi nədən ibarətdir. Bir növü tənzimləyici rolunu oynayır.
Bu fotodakı qalın rezin materiallı detal çənin içərisində olur. İçərisinə hava dolaraq işə hazır vəziyyətə gətirilir(avtomatik olaraq)Pompalarda ötürülən təzyiq zəiflədikdə bu çənlər işə düşür. Rezin torbaya yığılan hava gərilərək (genişlənib, sıxılmaq)suyun təzyiqlə vurulmasına kömək edir. Kombi, qazanxana və digər bu tipli iş sistemlərində gərnəşmə balonlarından istifadə etmək mütləqdir. Kombi sistemlərində aparatın qutusunun içərisində olur. Çünki, məsafə ötürücülük az olduğu üçün o da kiçik ölçüdə olur. Amma sənayedə, istehsalat sahələrində tələbat yüksək olduğu üçün bu prosesdə bir çox çəndən istifadə edilir. Hər bir xəttin tələbatına uyğun olaraq ayrıca gərnəşmə çənləri olur. Cod su üçün ayrı, Yumuşaq su(codluğu aradan qaldırılımış su) üçün ayrıca gərnəşmə çəni olur.
Bu isə həmin çənin iç görünüşüdür. Yəgin ki, çox maraqlıdır. Dəyərli vaxtınızı sərf edib oxuduğunuz üçün minnətdaram. Əziyyət qarşılığı olaraq ALLAH sizdən razı olsun, postlarınız bol STEEMli olsun....AMİN İNŞƏƏALLAH 🤲