Tutuquşu nağılı
Sizə kimdən deyim, kimdən danışım, tutuquşulardan. Düzdü, tutuquşu demirlər, rusca popuqay deyirlər. Özü də rus dilini bəyənmirlər. Bu başqa söhbətdi
Rus dilindən hazırlaşdırdığım bir şagirdim var. Şagird deyəndə yəni musiqi müəlliməsidi. Şostakoviçi öz dilində dinləmək istəyir. Cümə günü dərsə gəlmədi. Dünən görüşdük. Söhbət eləyir ki, evində saxladığı tutuquşu itibmiş. Zəhra tutuquşular haqqında çox maraqlı şeylər danışdı. Deyir ki, çox küsəyən olur tutuquşular. Gərək dindirəsən, diqqət mərkəzində saxlayasan. Özlərinin xüsusi yeməkləri var. Göyərtilərdən şüyüd xoşlayırlar. Ən əsası da təkliyi sevmirlər. Bu Billidi.
Qəfəsin qapısını dimdiyi ilə açıb qaçıb. 3 gün bütün qonum qonşu Billini axtarmaqla məşğul olub. Nəhayət bir qonşunun bağından tapıblar.
Bu isə Popidi.
Billinin rəfiqəsi. Billi olmadığı müddətdə su da varsa içməyib. Dostluq dediyin belə olar. Çox şeylər danışdı Zəhra. Maaşımı alan kimi ilk işim tutuquşu almaq olacaq😊
Filoloqluğum tutdu, gərək sitat gətirim.
"mənim də bir tutuquşum var,
azadlıqdan başqa bütün sözləri deyə bilir qəfəsdə"
Haydan gəlib huya getdik. Fb dan Steemitə))
Yolda instagrama da girdik))
Eşitdiyimə görəTutuquşular çox sadiq və kaprizli olurlar...
Çox diqqətsevəndilər. Hamı mənimlə ilgilənsin deyirlər
Bəli.Çox təəssüfki həyatda bu tipli insanlar da var...Daima diqqət mərkəzində olmaq üçün dəridən- qabıqdan çıxarlar (((
😀 çox maraqlı idi. Adları çox qəşəng idi Billi və Popi. Kim düşünübsə maraqlı fikirləri var.