Kiçik hökmdarlar.
Onlar və biz. Ya da "kiçik hökmdarlar"
Onlar kimdi? Hələ həyatımıza girməmişdən aylar öncə baş ucumuzda taxt- taclarına əyləşmiş kiçik , tatlı varlıqlar. İstisnasız bütün səlahiyyətlərə və güzəştlərə bir andaca sahib olurlar. Daim sevə -sevə onların xidmətindəyik.
Bir şey də var ki, bizi bəyənmirlər. Hələ söhbət texnolojidən gedərsə heç bəyənmirlər. Özləri də texnoloji mövzusunda sanki böyüyüb sonra kiçiliblər.Hər şeydən başları çıxır.
Yeni dövrün uşaqları bir başqadı. Əksəriyyəti ətrafdakılara qarşı daha daha xoş , daha səmimidirlər.Böyüklərin mal- mülk, tayfa münaqişələrini rədd edirlər.Həm də gerçəkçidirlər. Məsələn bu yaxınlarda televiziyada heyvanlar haqqında proqram izləyirik. Bir aslan bir ceyranı parçalayır. Nənəmiz aslanı söyür. 12 yaşlı qızım nənəyə etiraz edir. " Nənə, guya biz aslandan yaxşıyıq? Heyvanları bəsləyirik , sonra başını üzüb yeyirik"- deyir. Nənə susur.
Bax beləcə. Məntiqləri çox güclüdü bu balaca varlıqların. Nə yaxşı ki varlar. Həyatımızı al- əlvan edən bu "kiçik hökmdarlar"


Congratulations @nurengizbagirova ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 200 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.