Bir it qucaqlayıb ayaqlarımı...

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azərbaycan ailəsi. Uzun bir aradan sonra gəldim. (3 gün) Başımdan ağır, həkim demişkən babat bir covid olayı keçdi. Atlatdım sayılır. Yenə aylardan kasım mənə bir həyat dərsi keçdi. Dünən yenidən təhlillər üçün sağlamlıq mərkəzinə getdim. Analizlərin cavabını gözləmək üçün parkda bir az oturdum. Elə mən oturan kimi bir it gəlib yanımda oturdu.

IMG_20211117_133150.jpg
O əvvəlki postum yadıma düşdü. Bir it qucaqlaya ayaqlarımı. Arzum sanki yerinə yetmişdi. Çoxdandı havaya çıxmırdım. Park, tənbəl günəş, təmiz hava, yerə tökülən yarpaqlar çox yaxşı gəldi mənə.

IMG_20211117_133213.jpg

IMG_20211117_132730.jpg

Fürsətdən istifadə edib mənimlə maraqlanan, maraqlanmaq niyyəti olan, maraqlanmayanlara da təşəkkür edirəm. (Lənət olsun içimdəki insan sevgisinə) Başlıqda #club5050 tağını qeyd eləmədim, çünki bizim məsələ bilirsiniz nəyə oxşayır? Siz bizim kurallara əməl edin qazancınızın yarısını gücə çevirin. Biz istəsək sizi fərq edəcəyik, istəməsək fərq etməyəcəyik deyirlər:) Heç etməsinlər. Biz özgələrdən incimərik, arkadaş:) Yəni sevmədiklərimiz bizi incidə bilməz!
Sonda onu deyirəm ki, canınıza yaxşı baxın, gerisi boş söhbətdi. Hal hazırda müalicəm davam edir. Qızdırma salıcı vasitələrdən o qədər istifadə etmişəm ki, indi də 36 dərəcəyə çıxmır temperatur. Bir daha özünüzə yaxşı baxın. Mənə gəldikdə bu gün varam, sabah birdən yox olaram)
Hamınıza dərin sayğılarımla:@nurengizbagirova

Sort:  
 3 years ago 

Xoş gəldiniz, Nurəngiz xanım.
Keçmiş olsun
Covidin canı yansın, əl çəkmir sizdən.

Sağ olun, yox, əl çəkmir vallah.

 3 years ago 

Allah şəfa versin!

Çox sağ olun

Allah şəfa versin, müəllim. Özünüzə yaxşı baxın ❤️

Çalışıram, qızım.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63330.55
ETH 2645.93
USDT 1.00
SBD 2.82