Yaz da gəldi
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun
photo
Yaz gəldi, 5-10 günə təbiət rəngbərəng güllərlə torpağın üzünü bəzəyəcək. Həyah yenidən başlayacaq. Hər il bu vəziyyət təkrar olunur, təbiət oyanır, lakin insanlar oyanmaq bilmir. O qədər bərk yatmışıq ki, heç bir şey bizi oyada bilmir. Kaş biz də qışda yatıb, yazda oyana biləydik. Əsas odur ki, təbiət oyandı, biz oyanmasaq da olar. Artıq bəzi ağaclar çiçək də açıb. Qış da görür ki, artıq təbiət oyanır, axır zərbəsini də bu gedhagetdə vurdu. Qar yağdı, temperatur aşağı düşdü. Daha nə etsə xeyiri yoxdur, qışın sonu çatdı, artıq baharın dövranı başlayır.
photo
Belə-belə qış yerini yaza verir, yaz yaya, yay payıza, payız da yenidən qısa. Ömür də belə-belə qısalmağa başlayır. Vaxt azalır, ancaq həyat davam edir. Əsas odur ki, bu qışı da yola saldıq. Şükür Allaha yaza sağ salamat yetişdik. Bir aydan sonra həyat rəngi göstərməyə başlayacaq, insanlar yüngülləşəcək, rahatlaşacaq, ağaclar ağırlaşacaq. Heyf deyil yaz. Havalar sərin kecir, hər yer yaşıl rəngə boyanır. Adamın ürəyi açılır. Bizi yaza çıxaran Allaha şükürlər olsun.