Nənənin ad günü!
Dəyərli və bilgili Steemit Azərbaycanlılar.Bildiyiniz kimi (ya da bilmirdiniz, mən sizə xəbər verdim :)) Kraliça Elizabet 2 doğum günü qeyd edir. Kraliça II Yelizavetanın əsl doğum tarixi 21 aprel 1926 -cı ildir.
Bəzi bloggerlərin "Nənə" adlandırdıqları Kraliça Elizabeth hər il 2 doğum günü qeyd etməsinin səbəbi nədir? Hazırsınızsa, keçək izaha!
İki doğum günü keçirilməsi adəti 250 il əvvələ təsadüf edir və Kral II George ilə başlayıb. Noyabr ayında anadan olan "ulu baba" Kral II George, doğum günü üçün böyük kütləvi bayramlar keçirmək istəyir, amma hamının bildiyi kimi İngiltərədə ən pis hava payızın payına düşür. Kral II George, yazda başqa bir gün təyin etməyi düşünür və ad gününü "Trooping the Color" adlı hərbi paradla birləşdirmək qərarına gəlir. O vaxtdan bəri, taxta çıxan Kral və ya Kraliçanın, iki doğum günü olur və qeyd edilir. Doğulduqları gün "həqiqi" doğum günüdür, lakin təyin olunan günə "rəsmi" ad günü deyilir.
Hər gününüz gözəl və özəl olsun!
Foto