Mən kiməm?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Filosoflar, psixoloqlar, akademiklər, elmi araşdırmaçılar, sənətçilər, politoloqların hamısını şəxsiyyət mövzusu maraqlandırır. Amma onların bu haqda ortaya qoyduqları teoremlər çox qarışıq və əsilsiz idi. Öz-özümüzə sual verə bilərik ki, "bu qədər ağıllı, savadlı insanlar üçün "mən kiməm" sualının cavabın; tapmaq niyə bu qədər çətindir?". Cavabın tapmaq üçün ilk olaraq özümüzə sual verək. MƏN KİMƏM?
Hasıyam mən? 5 il öncəki insanmı mən idim? 30 il sonrakı insanmı mənəm? Yoxsa indi yaşayan insanmı?..
Əslində illər keçdikcə biz daim dəyişən hissələrin bir toplusuyuq: bədən fomamız, ağlımız, duyğularımız və hətta zarafatlarımız belə daim dəyişir, amma çox təəccüblü bir şey var ki, bu qədər dəyişən şeylərə rəğmən yenə eyni qalırıq. Maraqlıdır, elə deyil? Nəysə, məsələni və bu sualı çox mürəkkəbləşdirmədən "mən kiməm?" sualını cavablandırıb özümü sizə tanıdım.
20210606_192235 (1).jpg

Mən, Şirinova Nəzrin. 20 yaşım var. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alıram. Peşəmi çox sevirəm və gələcəyin savadlı uşaq psixoloqu olmağım üçün çalışıram. Universitet tələbəsi olmaqla birgə ixtisasım üzrə bir sıra işgüzar tədbitlərdə iştirak edirəm və təcrübə qazanıram. Boş zamanlarımda musiqi dinləməyi və imkan olduqca rəqs etməyi çox sevirəm. Məni çətin zamanlarımda həyata tutunmağa kömək edən musiqidir də deyə bilərəm. Özüm haqqımda bu qədər... Hə, bir də bürcüm qız, yüksələn bürcüm isə əqrəbdir. Onların ikisini birləşdirən bir özəlliyə sahibəm: Təmizkaram, amma bir o qədər də dağınığam. Bu qədər :)
IMG_20211024_004401_338.webp

Sort:  
Loading...

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57972.96
ETH 2357.13
USDT 1.00
SBD 2.36