Mart öz ampulasında🌦️||CLUB5050

Salam Steemit Azərbaycan ailəsi necəsiniz? Necə gedir işləriniz? Bu günlərdə mart ayına ayaq uydurmağa çalışıram desəm yalan olmaz. Səhər oyanırsan gözəl günəş adamın üzünə şəfəq saçır, şən əhval-ruhiyyə ilə evdən çıxırsan, günəşin gözəl enerjisi üzərində olur🌤️

IMG-20220310-WA0025.jpg

Aradan bir iki saat keçməmiş həmin havadan əsər-əlamət qalmır. Qara buludlar göy üzünü bürüyür. Bir yağış, leysan başlayırkı gəl görəsən. "Bəyin oğurlanması" filmində dediyi kimi "bir yağış yağır ki, tut ucundan göyə çıx".

IMG-20220310-WA0027.jpg

Yağışlı, dumanlı hava biraz adamın əhvalına təsir edir amma belə havanında öz gözəlliyi var. Mənə görə isə hava necə olursa olsun Qəbələm hər zaman gözəldir.

IMG-20220310-WA0028.jpg

Bir bu dağlardakı əzəmətə, məğrurluğa baxın. Sanki zirvələrindəki qara görə qürurlanırlar.

IMG-20220310-WA0026.jpg

Dağların başını dumanlı görəndə gülərüz şəhidimiz Xudayarın o gözəl səsi ilə oxuduğu ifa yadıma düşür duyğulanıram


Dumanlı dağların başında durdum, Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında duman göründü.

Yorucu keçən bir iş gününü isə bu sertifikatı alaraq tamamlamaq olduqca xoş oldu.

SAVE_20220310_234659.jpg

Belə əziz yazarlar, bugünlük də bu qədər. Havanın necə olmasından asılı olmayaraq əhval-ruhiyyəniz həmişə xoş olsun🙃 Gələn görüşlərədək hələlik🖐🏻

Sort:  
 3 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

 3 years ago 

Aleykum SALAM. Şükür salamatçılıqdı. İşlərimə təkər düzəltdirmişəm özü gedir öz yolu ilə(digər qrup üzvləri haqqında bir söz deyə bilmərəm)...Mart belədir də, əbəs yerə deməyiblər ki, mart gəldi dərd gəldi, mart getdi dərd getdi 😁 Sertifikata görə təbriklər. Xeyirli olsun. AMİN İNŞƏƏALLAH🤲

Mart ayı haqqında düşüncələrimiz eynidi. Təbrikə görə təşəkkür edirəm.

Qəbələ hər halı ilə gözəldir👌🏻
Uğurlarrr💫

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.030
BTC 67010.34
ETH 2604.31
USDT 1.00
SBD 2.72