Lavanda bağı✨

Salam Steemit Azərbaycan ailəsi necəsiz? Artıq bir çoxunuz Qəbələnin necə gözəl, gəzməli, görməli yer olduğunu bilirsiz. Yəni ən azından burda olan Qəbələlilər əllərindən gələni ediblərki tanıyasınız. Bugundə sizə məşhur "Lavanda Bağı" haqqında yazmaq istəyirəm.

IMG-20220622-WA0059.jpg

Lavanda çiçəyi çox faydalıdır. Taa qədim zamanlardan insanlar ağrıların müalicəsində, parfümeriya da istifadə edilir. Söz latıncada yuyunmaq deməkdir, qədim Romalılar bu bitkidən suyu ətirləndirmək üçün də istifadə edirdilər. Ölkəmizdə Qəbələ və Zaqatalada lavanda bağları mövcuddur.

IMG-20220622-WA0061.jpg

Şənbə günü iş yox idi və buranı görmək üçün əla fürsət idi. Çuxur Qəbələ tərəfdə salınan bu bağ may ayının sonundan iyunun sonuna kimi gələn qonaqlara ev sahibliyi edir. Bayaq nəyə görə məşhur dedim çünki qapısında o qədər qonaq var idiki, turlar, avtobuslar yəni bir söz ilə ölkənin hər yerindən gələn var idi hətta digər ölkələrdəndə.

IMG-20220622-WA0060.jpg

Bağa girməmişdən o gözəl qoxusu adamı valeh edirdi. Çox incə düşünərək hər qonaq gələn xanıma balaca bir lavanda buketi hədiyyə edirdilər.

IMG-20220622-WA0057.jpg

Şəkil çəkdirmək üçün bir neçə güşə düzəldiblər hansıki hər birinin qabagında növbə gözləyən çoxlu sayda adamlar var idi.

IMG-20220622-WA0046.jpg

Növbə çox olduğundan biz bu yelləncəkdə şəkil çəkdirə bilmədik. Bura uşaqlar üçündə əyləncəli idi hələdəki o retro maşın

IMG-20220622-WA0058.jpg

Belə, əziz yazarlar, bugünlükdə bu qədər növbəti postlarda görüşmək diləyi ilə özünüzə yaxşı baxın.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60457.50
ETH 2430.71
USDT 1.00
SBD 2.51