Ata ocağı🏡

Salam əziz Steemit Azərbaycan ailəsi. Görüşməyəli necəsiniz? Necə gedir işləriniz? Çox uzun zaman olduki buralarda yoxam istəmiyərəkdə olsa🙄
Həyatımızda elə insanlar, elə yerlər varki nə qədər uzaqdada olsan sənin üçün əvəz olunmazdırlar. Elə yerin ən gözəli isə ata evi, ata ocağıdır.

IMG_20220612_230115.jpg

Neçə yaşın olursa olsun qapıdan içəri girən kimi uşaqlaşdığını hiss edirsən. Bütün uşaqlığın gözünün önündə canlanır. Yaz-yay ayları oldumu gələndə anamın samovar çayının hazır olduğunu artıq bilirik.

IMG-20220612-WA0061.jpg

Oynadığın oyunlar, etdiyin şıltaqlıqlar, keçirdiyin xoş günləri xatırlayanda üzümdə gülümsəmə yaranır. Amma bir tərəfdəndə bir daha uşaq olmayacağını, bir daha o günlərin qayıtmayacağını düşünəndə üzülürəm😔
Yaşından asılı olmayaraq valideyn üçün her zaman uşaq yaşlarda oluruq hətta böyüyüb valideyn olsaq belə💜

IMG-20220612-WA0062.jpg

Yorğun bir iş həftəsindən və istirahətsiz bir həftəsonundan bir iki saatlıqda olsa qaçıb bu gözəlliklərdən faydalana bildim☺️. Belə əziz yazarlar, varlığına şükür etdiyimiz insanların hər zaman yanımızda olması diləyi ilə gələn görüşlərədək✨

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60453.64
ETH 2425.08
USDT 1.00
SBD 2.48