Günlərin bir günü
Salam Steemit Azərbaycanın çox dəyərli və mehriban toplumu. Bu gün sizlərə öz iş kollektivimlə bir süfrədə oturmağımızdan danışacam.
Deməli günlərin bir günü həmkarlarla yolüstü yaşıllıq bir ərazidə olan kafelərdən birində oturub çay içmək qərarına gəldik.
Hava soyuq olduğundan hər tərəfi bağlı olan aynalı otaqda oturduq.
Başladıq söhbətə.
Mənim məqsədim elə oturan vaxtdan həmkarları söhbət əsnasında izləmək və bir insan danışarkən digərlərinin reallıqda ağlında nə keçdiyini təsəvvür etməyə çalışmaq idi.
İlk öncə özümü kamerayla çəkdim. Üzümdə gülüş var idi çünki onları diqqətlə izliyəcəyimi məndən başqa heç kim bilmirdi.
Deməli içimizdə yaşlı olan ama ruhəndə bir o qədər cavan olan Neman müəllim hər zamankı kimi maraqlı söhbətlərindən edirdi.
Şəkildə gördüyünüz sarı paltoda olan Nicat müəlliminsə söhbətin nədən getməsi ilə bağlı heç bir fikri yox idi. Çünki barmağını zədələmişdi və bütün fikri barmağındaydı. Görəsən gec sağalar yoxsa barmağımı amputasiya edərlərmi filan.
Anar bəyin fikri isə hər zamankı kimi kollektivlə oturmaqda başlıca səbəbi olan çayda idi. Sevincək bir formada çay süzürdü və içirdi.
Anar bəyin çaya olan asıllığı ilə tanış olduqdan sonra çayı pis vərdişlərə əlavə etmək haqqında düşünmək lazım olduğunu yəqin etdim.
Xəqani bəyin qulağı söhbətdə idi lakin baxışlarından bəlli olurdiki əslində başqa bir şey haqqında düşünür.
Böyük ehtimal uzaq kəntdə qaldığı üçün və havanın qaranlıqlaşmağa doğru getdiyindən evə necə gedəcəyi haqqında düşünürdü.
Famil bəy içimizdən söhbətə diqqətlə qulaq asan tək adam idi. Ümumiyyətlə bu insan söhbət nədən gedir getsin,maraqlı və ya sıxıcı fərq etməz,sırf qarşısındakı adamı üzməmək üçün yorulmadan və diqqətlə qulaq asır hər zaman.
Və sonda hər biri fərqli inci olan kollektivimə yaxşıki varsız deyirəm.