Suvenir dükanı
Hər vaxtınız xeyirli olsun. Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun.
Bu dükanda hər cür suvenirlər satılır. Yaxşı biznesdir. Bir manatlıq bir şeyi burda beş manata satılır. Hər kəs də alır. Suvenirləri əsasən, hədiyyə olaraq alırlar. Kimi ad günü üçün, kimi xatirə olaraq, kimi də istədiyi bir insana bağışlamaq üçün bu suvenirlərdən alıb hədiyyə edir.