Saatsaz Hacı

in Steemit Azerbaijan☪✔last year

Kimliyindən asılı olmayaraq haqqın yanında olan hər bir kəsə Allahın salamı olsun. Bu axşam saat ustaları haqqında yazmaq istəyirəm.

IMG_20230427_213036.jpg

Əvvəllər saat təmiri olan yerlər çox olardı. Elə ki, Çin bu geydirmə saatları buraxmağa başladı, bir çox saat təmiri yerləri bağlandı. Lakin buna baxmayaraq hər zaman saat ustalarına ehtiyac var. Dünyanın hər yerində yaxşı saat ustalarına ehtiyac var. Azərbaycanda dünyaca məşhur olan Hacı adlı bir usta var.

images.jpegphoto
Dünyada elə bir saat olmaz ki, saatsaz Hacı onu düzəldə bilməsin. Şəkildə gördüyünüz kimi Hacının sexinin üstündə yazılıb ki, düzəlməyən saatların təmiri. Hacı tərsinə işləyən saat da düzəldib. Hacını nəyinki Azərbaycanda, dünyanın bir çox ölkələrində belə tanıyırlar. Ömrünü bu sənətə sərf edib, Hacı. Allah Hacıya can sağlığı versin. Hal hazırda Bakı şəhərində, " torqovli" deyilən yerdə emalatxanası var. Müştərilər Hacını və sənətini çox sevir. Hacı ilə 90-cı illərdən tanışam. O vaxtlar Sumqayıt şəhərində işləyirdi. Hacı saatsaz olmaqla yanaşı ədəbiyyatı, musiqini də çox sevir.

1488449206_1.jpgphoto

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.033
BTC 64320.07
ETH 3154.23
USDT 1.00
SBD 4.34