Qarğa və pişik

in Steemit Azerbaijan☪✔last year

Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə Allahın salamı olsun. Bir neçə gün bundan əvvəl maraqlı bir hadisənin şahidi oldum.

IMG_20230424_212304.jpg

Deməli dostlar, biz hər zaman təmsillərdə tülkü və qarğa haqqında oxumuşuq, eşitmişik, lakin bu dəfə pişik və qarğa haqqında yazacam. Yol ilə gedərkən bir qarğanın pişiyə sataşdıgını gördüm. Bu mənə çox qəribə gəldi. Diqqətlə bu mənzərəni izləməyə başladım. Gördüm ki, qarğa pişiyin başına fırlanır və quyruğunu dimdikləyir. Maraq məni götürdü. Tez telefonu çıxarıb çəkdim. Pişik nə isə yeyirdi. Qarğa da onun yeməyini oğurlamaq istəyirdi. Bir neçə dəfə pişiyin quyruğunu dimdiklədikdən sonra, qarğa başa düşdü ki, pişikdən heç nə qoparda bilməyəcək. Kənərda dayanıb pişiyə həsrətlə baxmağa başladı. Səbirim çatmadı ki, bu hadisənin nə ilə bitəcəyini gözləyim. Sadəcə mənim də əlimə fürsət düşdü ki, bu hadisəni çəkim və paylaşım.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62952.44
ETH 2542.20
USDT 1.00
SBD 2.65