Kamunal xərclər

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun. Cümə gününüz mübarək olsun. Canınız sağ, cibiniz də dolu olsun.

901127.jpgphoto
İnsanların yaralı yeri kamunal xərclərdir. İşıq pulunun adı gələndə adam əsəbləşir. Bir də görürsən ki, qapı döyüldü, açıb görürsən ki, qapıya bir kağız yapışdırıblar, 43 manat. İnanmıram ki, kimsə bu mənzərəni görüb sevinsin. Bir gün gördüm ki, işıq kəsildi. Çıxdım eyvana gördüm ki, məhəllədə balaca bir market var, oranın ışığı yanır. Başa düşdüm ki, problem bizim evdədi. Gedib sayğaca baxdım, gördüm ki, sayğacdan söndürülüb. Bir gün bu işığa baxanı həyətdə tutdum. Deyirəm niyə işığı söndürüb gedirsən. Deyir ki, borcun var onun üçün söndürdüm. Dedim ki, atana borcum var? Uşaq çaş-baş qaldı. Bir də işığı kəssən özündən küs, əvvəl xəbər elə, sonrasına baxarıq, başladım bu uşağı danlamağa. İşığın da qiymətini qaldırıblar, lap ağ eləyiblər.

15077258961450974074_gas-natural-de-la-poblacin-1426844629_39.jpgphoto
İndi keçək qaz puluna. Əməlli-başlı qazlayıblar bizi. Noyabr, dekabr aylarında qaz pulu 70-80 manata qədər qalxır. Limit deyib, xalqın əsəbləri ilə oynayırlar. Bizim də qəza baxan yaşlı bir fağır kişidi. O gün gəlib deyir ki, borcun çoxdur, ödəmək lazımdır. Deyirəm ki, ödəyəcəm, deyir mənə deyiblər ki, get onun qazını bağla. Əvvəllər kart vasitəsilə ödəyirdik, heç borcumuz da olmurdu. İndi təzə mexaniki sayğac qoyublar, o da deyəsən çox yazır. Kefləri nə istəyir onu da edirlər.

434036.jpgphoto
İndi də keçək su puluna. Millətin yaralı yeri elə sudur da. Yenə də keyfiyyətli su olsaydı dərd yarı idi. Bir dəfə filtir gətirmişdilər. Suyu filtirdən keçirtdilər, inandırıram sizi bu suyu ki, biz içirik, bu suyu nəinki içmək, heç çimmək də olmaz. Bu az imiş kimi hələ suyun da qiymətini qaldırıblar. Bu dövlətin bizə nə xeyiri oldu ki. Bu vətən, bu torpaq bizimdirsə, bəs bu torpaqdan çıxan bu təbii sərvətləri bizə niyə belə baha qiymətə satırlar. Qazancımız elə kamunal xərclərə gedir. Hələ ev pulu, zibil pulu, internet pulu, nə bilim nə pulu, bunları demirəm. Bu hökumət deyir ki, get hamballiq elə gətir ver bizə. Camaat artıq bezib bu kamunal xərclərdən.

1612170832_68241.jpgphoto

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.074
BTC 64559.21
ETH 1683.31
USDT 1.00
SBD 0.41