Bakı

in Steemit Azerbaijan☪✔2 years ago

Kimliyindən asılı olmayaraq haqqın yanında olan hər bir kəsə Allahın salamı olsun. Bu gün Bakı şəhəri Nərimanov rayonu haqqında yazmaq istəyirəm.

IMG20230426153338.jpg

Bura Bakı şəhəri Nərimanov rayonudur. Demək olar ki, Nərimanov rayonu Bakı şəhərinin mərkəzidir. Çox yaraşıqlı binalar, parklar və daha nələr, nələr... Nərimanov rayonunda insanlar qaynayır. Yazın gəlişini gözləyirdilər elə bil. Buralar ümumiyyətlə hər zaman izdihamlı olur. Kimi parkda gəzir, kimi mağazaları boş boşuna gəzir.

IMG20230426153330.jpg

Metronun ətrafında o qədər dükan var ki, adam bilmir hayana getsin. Kafelərin sayı hesabı yoxdur. Yüzlərlə boş bekar adamlar kafelərdə oturub nərd, domino oynayır. Elə bil bu insanların işləri, gücləri yoxdur. Nə böyük bilirlər, nə qadın, nə uşaq başa düşürlər. Ağızlarına gələni danışırlar.

IMG20230426153013.jpg

Buralar göyərçinlərlə doludur. Binaların damları, kücələr, demək olar ki, hər yer göyərçinlərlə doludur. Kiminin yazığı gəlir, çörək alıb doğrayır, kimi buğda alıb atır bu quşlara.

IMG20230426153249.jpg

Nərimanov rayonunu gəzdikcə, bir neçə şəkil çəkdim. İndi marşrutda oturub evə gedirəm və gördüklərimi, cəkdiyim şəkilləri paylaşıram.

IMG20230426153346.jpg

Coin Marketplace

STEEM 0.26
TRX 0.25
JST 0.039
BTC 94802.39
ETH 3313.10
USDT 1.00
SBD 3.32