TALIŞCA MİQDAR SAYLARI

in Steemit Azerbaijan☪✔3 years ago

Dostlar keçən statuslarda talış dili ilə bağlı müəyyən məlumat vermişdim. Məsələn: Talış əlifbasında 29 hərf var. Ö, Ü və G hərfləri yoxdur. Rus dili kimi müəyyən sözlər də [g] səsi olsa da, генерал, герб kimi yazılır. Talışca da elədir: qezı [gezı] - süpürgə, qemıj [gemıj] - külək, qiləvo [giləvo] - gilavar və.s

Yeri gəlmişkən onu da deyim ki, "Əlifba" sözü ərəb əlifbasının ilk və ikinci hərfləri olan əlif [ا] və be [ب] deməkdir və düzgün yazılışı əlifbe-dir. Rus və digər dillərə isə yunan dilindən keçmişdir və gördüyünüz kimi sözün mənşəyi yunan hərfləridir - алфавит.
InShot_20211029_160652715.jpg

İndi isə talışca miqdar saylarına keçək.
İ - bir
Dı - iki
Se - üç
Ço - dörd
Penc - beş
Şəş - altı
Haft - yeddi
Həşt - Səkkiz
Nəv - doqquz
Da - on


Yonzə yaxud davı i - on bir
Donzə yaxud davı dı - on iki
Senzə yaxud davı se - on üç
Çordə yaxud davı ço - on dörd
Ponzə yaxud davı penc - on beş
Şonzə yaxud davı şəş - on altı
Havdə yaxud davı haft - on yeddi
Həjdə yaxud davı həşt - on səkkiz
Nonzə yaxud davı nəv - on doqquz


Vist - iyirmi
Si - otuz
Çıl - qırx
Penco - əlli
Şest - altmış
Hafto - yetmiş
Həşto - səksən
Nəve - doxsan


Sa - yüz
Penc sa - beş yüz
Həzo - min
İ həzo - bir min
Həzo-həzo - milyon.


Qeyd: onluqları, yüzlükləri və.s oxumaq üçün, əgər say saitlə bitirsə eləcə də deyilir, penco penc - əlli beş, penc sa hafto penc - beş yüz yetmiş beş, yoxsa samitlə bitirsə -ı əlavə edilərək deyilir. Şestı penc - altmış beş, şəş sa çılı dı - altı yüz qırxı iki

Siz müstəqil sürətdə burda qeyd etmədiyim sayları göstərə bilərsinizmi? )) Məsələn: 65 şestı penc, 789 - haft sa həşto nəv, 1700 - i həzo haft sa

Sort:  
 3 years ago 

Mı Tını Pidəm (по Братский 😉)

 3 years ago 

😂

 3 years ago 

👍👍👍👍🙂 ən çox populyar olan söz

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63117.29
ETH 2601.03
USDT 1.00
SBD 2.76