ÇƏKMƏDİNSƏ HƏSRƏT DAĞI, AL BOYNUNA QORXAQ OLDUN

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Könül verdin birisinə,
Demək ona ilhaq oldun.
Həm düzünə, əyrisinə,
Sidq ürəklə ortaq oldun.

Fərhad tək yarmadın dağı,
Məcnuna etdin lağlağı,
Çəkmədinsə hicran dağı,
Al boynuna qorxaq oldun.

Uzaqlaşsan məhəbbətdən,
Gen düşərsən səadətdən.
Hami görər xəyanətdən,
Alçaq oldun, yaltaq oldun.

İnsan oğlu qəsb edərmi?
Mərdi zülüm cəzb edərmi?
Əhəmiyyət kəsb edərmi-
Zindan içrə dustaq oldun?

Gər gedirsə ömür bada,
Xeyri yoxsa xalqa, yada.
Nə fərqi var bu dünyada,
Sağ olmadın, ya sağ oldun.

Mirfayaz Likməkani
11.11.2021

InShot_20211113_012009195.jpg

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.034
BTC 66499.54
ETH 3203.31
USDT 1.00
SBD 4.14