AZƏRBAYCANIM

in Steemit Azerbaijan☪✔3 years ago

Azərbaycanım

Zərdüştün sönməyən ulu ocağı
Ey odlar diyarı, Azərbaycanım.
Atropatenadan bizə əmanət,
Sən ad yadigarı, Azərbaycanım.

Gözəl bir xalçasan, fəqət naxışı,
Kürdüdür, tatıdır, türkü, talışı,
İnqloy, saxuru, udi, lahıjı,
Ləzqisi, avarı Azərbaycanım.

Yoxdur ehtiyacın saxta tərifə,
Yersiz bənzətməyə, mənasız mifə.
Yemə çevrilmisən beş-on hərifə,
Talanırsan barı, Azərbaycanım.

Qoydu oğulların can döyüş çağı,
Alındı geriyə vətən torpağı.
Bu yara bağlamaz hələ qaysağı,
Var Ana qubarı, Azərbaycanım.

Biri xulyasında Turan istəyir,
Biri geri dönsün İvan, istəyir.
O birsi də görür, İran istəyir,
Fərqlidir azarı, Azərbaycanım.

Neftin də tükənir, sənə qalası-
Lənkəran limonu, Quba alması
Gədəbəy kartofu, Şəki halvası,
Və Göyçayın narı, Azərbaycanım.

Doğuldum, böyüdüm talış elində,
Dil açdım, danışdım talış dilində.
Sən qeyrət payısan talış belində,
Könlümün dildarı, Azərbaycanım.

(Şeir natamamdır)

Mirfayaz Likməkani
29.09.2021

IMG_20211101_182609_954.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 63191.06
ETH 2551.41
USDT 1.00
SBD 2.65