Lənkəran külçəsi.
Salam, dostlar. Allah hamınıza sağlıqlı uzun ömür versin.
Bu gün ən çox sevdiyim, amma heç vaxt bişirmədiyim Lənkəran külçəsini (partlama da deyirlər) hazırlamaq qərarına gəldim. Yout. kanalında izlədiyimiz bir xanımın resepti ilə işə başladım. Necə dedi, elə elədim.Nədənsə mənim külçələrim üstündən yox, böyründən partlamağa başladı. Bu şirniyyatın qaydası belədir, əgər üstdən partlayıb içərisi çölə tökülsə bil ki, bişib. Mənim bişirdiyimin böyrü töküldü.😃. Hamı yedi, dedi dadı əladır, amma mən ürək edib yeyə bilmirəm. Mən Lənkəranda yaşayan əmim qızları kimi edə bilməsə də, yenə bişirdim.
Nə olsun, hamısı yeyildi. Göz haqqınızı halal edin.