Yaz çiçəyi

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, dostlar. Bu gün işdən gələ- gələ ancaq gül kollarına, ağacın çiçəklərinə baxmışam. Fəsillərin hamısı özünə görə gözəldir, ən gözəli yaz fəslidir, insan ruhlandırır, həyata baxışı dəyişir, nə isə yenilik axtarırsan. İndiki zamanda ancaq yeniliyi xəyallarda axtarırsan, gah tapırsan, gah yox.

IMG20230329131638.jpg
Parkda gül kollarını çəkirdim, bir yaşlı kişi yaxınlaşıb məndən soruşur:
--Qızım, gülləri sevirsən?
--Hə əmi çox sevirəm.
--Şəklini çəkirdin, səndə bunu telefonda
camaata göstərəcəksən?
Gülümsədim:
--Elədir, göstərəcəm.
--Kaş bizim vaxtımızda da bu cür telefonlar
olardı, gör mən nələr göstərərdim, o vaxtı
necə gözəl yaşadığımızı....
Əminin sözləri məni çox uzaqlara apardı. Yaz vaxtı atamla çölə çıxanda qaçıb kolluqda bitən sarı gülləri dərirdim, anama gətirirdim. Doğrudanda yaz çiçəyi bizi "haralara" apardı.

IMG20230329131433.jpg

IMG20230329131430.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.082
BTC 61381.62
ETH 1632.08
USDT 1.00
SBD 0.41