Yağ, ey yağış.

in Steemit Azerbaijan☪✔5 years ago (edited)

Salam. Hörmətli Steemit ailəsi. Neçə gündü, mövzu yağışdandı. Bu il yağış özünü çox gözlətdi. Və yağdı. Sanki bitkilər nəfəs aldı. Yaşıllaşdı, gözəlləşdi.

IMG_20210930_171502.jpg

O qədər quraqlıq oldu ki, bu il, yağışı sevgili kimi gözləyirdik:) Birinci gün heç ruhumuz da incimədi. Dedik, nə qəşəng yağır. Sonra Bakını sel su aparıb getdi. Bakı bir böyük hovuza döndü. Hətta çempionat keçirmək olardı. Yağışın altında romantikcə əl-ələ tutub gəzən sevgililər az qala orbitdən çıxmışdı. Biz qayıdaq öz yerimizə, yurdumuza. Bu il meyvənin bol olduğunu demişdik. Alça bitdi, gavalı başladı, gavalı bitdi, zoğal başladı. Yarısı ağacda qaldı meyvələrin. Qorxuram acığa gələn il heç gətirməyələr. Ötüb keçib bu ağacda qalan zoğaldan yeyirəm. Dadı möhtəşəmdi.

IMG_20210930_164053.jpg

Payızı dağlarda sevin. Çünki payız dağlardan başlayır. Yaşılın arasına qırmızı naxışlar düşür. Səhər səhər də o qırmızı zolaqlar par-par yanır. Gözünü çəkə bilmirsən. Şəhərlilərin pulla aldığı o tərtəmiz dağ havasını ciyərinə çəkirsən. Ciyərin də dincəlir, gözlərin də.

Screenshot_20210930_180817.jpg

Siz də hara isə bir uzaq yerə gedib gələndə, elə bil dağların yaxınlaşdığını hiss edirsiz? :) Mən bunu neçə nəfərdən eşitmişəm. Özüm də hiss eləmişəm. Yəqin bunun bir elmi açıqlaması vardır.

IMG_20210930_171510.jpg

Sıra sıra, inci inci gur damlalarınız bol olsun:)
Oxuduğunuz üçün təşəkkürlər

Sort:  
 5 years ago 

Bu zoğalı nə qədər etdimsə, həyətdə yetişdirə bilmədim :/ İnnab yetişdi, zoğal yox

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.081
BTC 61667.55
ETH 1637.39
USDT 1.00
SBD 0.41