Torpaq uğrunda ölən varsa vətəndirmi?

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, sabahınız xeyir. Torpaq son vaxtlar ən çox eşitdiyimiz sözdü. Torpaqlarımızın işğaldan azad edilməsi, torpaq həsrəti və torpaq, uğrunda ölən varsa, vətəndir. Mənim bu barədə düşüncələrim fərqlidir. Beləliklə, torpaq nədir?

IMG-20211120-WA0001.jpg

Torpaq mənim üçün hamının eyni dərəcədə sahib olduğu bir sərvətdir. Kaş ki, dünya sərhədlərə bölünməsəydi. Kaş ki, dünya hamının bir vətəni olsaydı. İnanın ki, əzəldən belə yaradılmışdı dünya. Dərisindən , sosial vəziyyətindən , cinsindən asılı olmayaraq hamının bir dünyası olmalıdı. Sərvətlərindən bərabərhüquqlu istifadə edə bildiyimiz bir dünya. İnsan yaradılışın ən kamil və eyni zamanda ən vəhşi məxluqudur. Heç vaxt əlində olanlarla kifayətlənməyən, dahasını istəyən bir məxluq. Dünyanı sərhədlərə bölən, həmin sərhədlərdə "icazəsi olmadan keçəni vur öldür" - əmri ilə gecə gündüz keşik çəkən əsgərləri dikən bir məxluq. Əslində torpaq bilirsinizmi nə deyir?) Deyir ki, siz hamınız bura mənim torpağımdı, ora mənim torpağımdı deyirsiniz ha, əslində siz hamınız mənimsiniz. Mən sizin yox, siz mənimsiniz.

IMG-20211120-WA0012.jpg

Həqiqət bu qədər sadə, bu qədər bəsitdi. Dünya hamımızın, dünya heç birimizin deyil. Dünya bir pəncərədir, hər birimiz bu pəncərədən baxıb getməkdəyik.

IMG-20211120-WA0003.jpg
Oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.029
BTC 64359.49
ETH 2619.41
USDT 1.00
SBD 2.83