Talanan sərvətimiz.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam. Əvvəl də sərvətlərimizdən yazmışdım. Onların içində ən dəyərli sərvətlərimizdən olan meşələrimizdən də. İlin dörd fəsli nemətləri ilə, gözəllikləri ilə xidmətimizdə olan meşələrimizdən. Amma qırıb tökməyə, kəsib doğramağa məcbur olduğumuz meşələrimizi deməmişdim. Pafosla Azərbaycan neft qaz ölkəsidir deyə lovğalanırıq.

Screenshot_20211118_034831.jpg

Yalnız bu gün neft qaz ölkəsinin sakinləri olan bizlər ürəyimiz yana yana bu gözəllliyi məhv etməyə məcburuq. Qışda isinmək üçün başqa çarəmiz yoxdur. Kəndimiz qaz çəkilişindən yüz il geri qaldığı üçün hər həyətin qarşısında belə bir mənzərə ilə qarşılaşa bilərsiniz. Özü də həyətində belə mənzərə olan adam həm bir az fikirlidir ( bu mənzərəni yaratmaq üçün xeyli *tərləmişdir"), həm sevinclidir, (qışda ailəsi, həm özü soyuqdan titrəməyəcəkdir, həm qızğındır, ( niyə əksəriyyət əhali qazdan istifadə edir, o isə yox, o da bu ölkənnin bərabərhüquqlu vıtəndaşı deyilmi?)

Screenshot_20211118_034816.jpg

Bəli, meşələr sərvətimizdir, bu bir gerçəkdir. Amma özümüz soyuqdan donmamaq üçün bu sərvəti məhv edirik. Bu daha acı bir gerçəkdir.

Screenshot_20211118_034805.jpg

"Hərəyə bir ağac əkək" devizini "hərə bir ağacı qorusun" devizi ilə əvəzləsək olmazmı?
Dünyanın sonu gələcəksə buna səbəb olacaq insanlar bizik. Bizik sapı özümüzdən olan baltalar. Öz ayağına güllə sıxan ikinci bir varlıq yoxdur dünyada.

Oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63490.29
ETH 2598.32
USDT 1.00
SBD 2.78