Əsl Azadlıq

in Steemit Azerbaijan☪✔4 years ago (edited)

Bundan illər-illər öncəydi, iyrmi altı yaşındaydım. Amerikaya yeni getmişdim. Mən Osgood da asistantlıq edirəm.

Grainger_Engineering_Library_-_UIUC_-_DSC09165.jpeg

university-of-illinois.jpg

Eyni otaqda Con və Gary adlı daha iki köməkçi var. Şənbə günü ofisə gedəndə bir körpə uşağın xalçanın üstündə iməklədiyini gördüm. Gari oğlunu gətirmişdi. Hər kəs öz işi ilə məşğul idi. Mən də öz stolumda oturdub işə başladım.
Otaqda dəri bir kreslo var idi. Mən fikir verəndə uşaq kresloya "dırmaşmaq" istəyirdi. İki əlləriylə kreslodan bərk-bərk yapışıb, ayağını atıb qalxmağa çalışırdı, ama heç cür dırmaşa bilmirdi. Uşaq buna dörd-beş dəfə cəhd etdi.

images (2).jpeg

Atası işləyərkən gözünün ucu ilə də oğlunu izləyirdi. Con heç maraqlanmırdı. O, tamamilə öz işi ilə məşğul idi.
Uşaq yenə cəhd edib kresloya çıxa bilməyəndə yerimdən qalxdım. Uşağın qoltuqları altından tutub, "obbbaaa"dedim və qaldırıb kreslonun üstünə qoydum.Uşaq bunu gözləmirdi, keyiyib qaldı. Çaş baş qalmış şəkildə dayanmışdı...
Mənim kontekstimdə o balaca uşaq mənim "qardaşım oğlu, mən isə onun əmisi idim".
"Qardaşım oğlu" kresloya çıxıb oturmağa çalışırdı və əmisi kimi ona kömək etmək mənim üzərimə düşürdü. Çünki onun atası Qari və "Con əmisi" kömək etməyə çox da həvəsli görünmürdülər!!!
Mən isə vəzifəsini yerinə yetirmiş bir əmi xoşbəxtliyi ilə gülümsəyərək Qariyə baxdım.
"Niyə etdin?" deyə soruşdu.
Öz vəzifəsini yerinə yetirmiş əmi rahatlığıyla
"Uşaq bayaqdan kresloya çıxmaq istəyir" dedim. Gary narazı şəkildə - "Mən də bilirəm ora çıxmaq istədiyini....sən niyə belə etdin?" dedi.
Mən təəccübləndim, doğrusu hirsləndim də. Öz-özümə düşündüm ki, bu, amerikalılara heç bir yaxşılıq yaramır. Ama özümə də maraqlı idi ki bu niyə belə narazıdı?
Gary mənə: "Nə etdiyini başa düşürsən?" İçimdə yenə əsəbləşdim.
Mən İstanbulda psixologiya fakültəsini bitirmiş, iki il dir ki, assistent işləyən bir adamam. Nə etdiyimi təbii ki bilirəm, başa düşürəm.

"Bax" dedi. "Uşaq ora çıxa biləcəyinə inanırdı. Bəlkə yarım saat, bəlkə bir saat çəkəcəkdi, ama sonunda çıxacaqdı. O, bunu elə belə istəmirdi. Çıxacağına inanaraq istəyirdi. Çalışacaqdı, cəhd edəcəkdi və nəhayət oraya çıxacaqdı.

images.png

Çıxdıqdan sonra dönüb mənə baxacaqdı. Və mən ona "çıxa bildin" deyəcəkdim. Sonra yerə enəcəkdi. Yenə mübarizə aparacaqdı. Bir saata çıxdığını, bəlkə də iyirmi dəqiqəyə çıxacaqdı. Bu gün bütün günü bununla məşğul olacaqdı və bəlkə də beş dəqiqəyə çıxmağı öyrənəcəkdi. Bu, onun bugünkü qələbəsi, zəfəri olacaqdı. Sən onun zəfərini oğurladın!"
Garyə baxa baxa qaldım. Bu, həyatımda heç vaxt unuda bilməyəcəyim bir dərs oldu mənə.
Bilirsiniz, mən iki həftə sonra Garydən soruşdum. Niyə sadəcə "Çıxa bildin!" deyərdin??? Niyə "Afərin oğlum, bacardın, alqışlayıram, "deməzdin, niyə???

Mən onun cavabını heç vaxt unutmayacam;
"Mən yalnız onun zəfərinə, qələbəsinə şahid oluram. Məndən afərin almaq üçün uğur dalınca getməsi düzgün deyil. Özü üçün uğur qazanır, ama mənim onu izlədiyimi, müşahidə etdiyimi və uğur qazanmasını istədiyimi bilir!!!

Doğan Cüceloğlu- Gerçek Özgürlük

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.081
BTC 60778.63
ETH 1619.55
USDT 1.00
SBD 0.47