Restoran

in Steemit Azerbaijan☪✔2 years ago

Yemək içmək deyəndə, yaxud qonaqlıq deyəndə ağıla gələn ilk şey hər halda restoran, kafe olacaq. Üstəlik indiki müasir zamanda demək olar ki hara baxsaq restorandır.

getlstd-property-photo.jpg

Restoran anlayışı, restoran biznesi, indinin işi deyil. Hələ taa keçmişdən mövcuddur bu anlayış.Min illərdir ki, insanlar evlərindən kənarda yemək yeyirlər, küçə satıcısından hazır qəlyanaltı alırlar və ya bir kasa şorba və bir litr pivə üçün yol kənarındakı mehmanxanada dayanırlar. Qərbdə müasir restoranın ən erkən versiyaları Fransada başladı və kulinariya inqilabı ilk dəfə 18-ci əsrdə Parisdə baş verdi. Ancaq əsl restoran mədəniyyətinin ən erkən nümunələrindən biri 600 il əvvəl dünyanın o tayında başlamışdır.
Restoran kimi təsvir edilə bilən ilk yerlər eramızın 1100-cü ilində Çində meydana çıxdı.

Along_the_River_cover.jpg

Kaifeng və Hangzhou kimi şəhərlərdə 1 milyondan çox əhali bu ehtiyacı yaratdı. 12-ci əsrdə bu iki şimal və cənub şəhərləri arasında ticarət çox fəal idi. Ama o da aydın idi ki, öz şəhərlərindən kənara səyahət edən çinli tacirlər səfər etdikləri yerlərin yeməklərinə öyrəşməmişdilər.
Bu iki şəhərdəki ilk restoranlar cənublular üçün cənub mətbəxi və ya şimaldan gələnlər üçün şimal mətbəxi demək idi. Beləliklə, deyə bilərik ki, "birinci restoran" etnik restorandır.
Bu prototip restoranlar otellər, barlar və işgüzar səyahətçilər üçün xidmət göstərən (üzür istəyirəm) əxlaqsız qadınlarla dolu, canlı əyləncə məkanlarında yerləşirdi.
Yaponiyada 1500-cü illərdə Yapon çayxana mədəniyyətinə əsaslanan restoran mədəniyyəti yarandı.Təxminən həmin dövrdə, qərbdə fransızlar masa d'hote (tabledot) kimi tanınan fərqli bir ənənə yaratdılar ki, bu da ümumi süfrədə yeyilən, sabit qiymətli yemək anlayışı demək idi.
Bu yemək mədəniyyətində dostlar və yad insanlar böyük bir süfrə ətrafında toplaşırdılar. İnsanlar sanki, bir ailə kimi yeməklərini ictimai yerlərdə yeyirdilər.

dr-syntax-at-a-card-party-thomas-rowlandson.jpg

Hər gün saat 13:00-da nahar vaxtı, yalnız bir yemək verilirdi. Pul ödəməsən, süfrəyə oturub yemək ala bilməzdin. Menyular və seçimlər yox idi. Nahar üçün nə hazırlanacağına müştərilər deyil, mehmanxana və ya otelin aşpazı qərar verərdi.
Fərqli fikirlər səslənsə də əsasən "Restoran" sözünün fransızca "özünü yeniləmək" mənasını verən "restaurer" dən əmələ gəlditi bildirilir. 1789-cu il İnqilabından onilliklər əvvəl açılmış ilk əsl fransız restoranları tək bir sağlam yemək satırdı, bulyon. Bəli bildiyimiz bulyon.
Və beləliklə, bu şəkildə meydana çıxan restoran anlayışı 19 cu əsrdə Amerikaya keçdi. Burda dahada böyüməyə və məşhurlaşmağa başlayan bu anlayış bu günümüzə qədər davam edir. Hətta demək olar ki, yaşamımızın bir parçası olub.
Daim hüzurlu yaşayın!

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.31
TRX 0.11
JST 0.033
BTC 64275.02
ETH 3139.81
USDT 1.00
SBD 4.14