Keçid dövrü uşaqlığı...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Səksənlərdə doğulmaq bütün dünyada, həmçinin Azərbaycanda qloballaşma dövründə, ya da keçid dövrü deyilən bir dövürdə uşaq olmaqdır.
Yəni 90-larda uşaq olmaq deməkdir. Doxsanlarda uşaq olmaq-bir dövrün bitib başqa bir dövrün başlamasıyla rastlaşmaq deməkdir. "Baş bilənlərin", təcrübəli böyüklərin haça-paça qaldığı zamanda uşaq olmaq deməkdir. Yaxamıza keçəl
Leninin nişanını, boğazımıza qurbanlıq qoyun kimi qırmızı qalstuk bağlayıb bağlamamağımıza mat məətəl, qəti qərarsız qalmaq deməkdir. Dərsdən qaçıb, axşam televizorda göstərilən "Van Dam" ın kinosuna, günorta təkrar baxmaqdır.

Boynduruqdan, köləlikdən, müstəmləkəlikdən qurtarıb müstəqilliyi ilk yaşayan uşaqlar olmaqdır.
Ailələlikcə televizor baxdığı zaman, qəfildən kanalların bağlanmasına, buna səbəb 20 yanvar 1990 cı il hadisələrinə şahid olmaqdır.

indir.jpeg

Bu hadisələr vaxtı Bakıda tələbə olan dayı oğluvun ölməsini, sonra o dayı oğlanlarına, qızlarına şəhid deyilməsini, onlar üçün xiyaban salınmasını anlamğa çalışmaqdır. 90 larda uşaq olmaq demokratiya şüarlarını, qışqırıqlarını anlamasaqda eşitməkdir.
f74195_772b42f171f0472cae980fb9f9923f3b_mv2.webp

Sənin olan torpaqların səndən alındığını görməkdir. Səndən alınanlar uğruna ölənləri görməkdir. Dünən salam verib görüşdüyün "traktorist" Həsənin bu gün bədənsiz başının gətirildiyini eşitməkdir. Taxtadan avtomat düzəldib dava dava oynamaqdır. Bu azmış kimi bu oyunu minaya düşmüş, vurulmuş içində qan ləkələri olan "Bmp", "qaz 69", "Btr" kimi döyüş maşınlarında oynamaqdır...
Müharibə görməkdir, top, mərmi, güllə səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır.
39777397be0c1525861247.jpeg

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. "Patronlardan kolleksiya" yığmaqdır,İşlənmiş boş patronların oyuncaq olmasıdır. Yolda, orda burda, baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. “Yox” sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-lar uşaq ola bilməməkdir.
İnternetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir.
Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, çörək almaq üçün saatlarla növbə gözləməkdir, çörək növbəsində "polis əminin dubinkası ilə tanış olmaqdır", dəftərin qırağını qırmızı qələmlə xətləməkdir, əlin tabaşir qoxmasıdır.
Sezen Aksu heyranı olmaqdır, “Yeşilçam kinoları” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir.
"SEGA"da kombat 1 oynamaq üçün 10 dəqiqəsinə min manat( 1məmməd) verməkdir.
Telefonun, mesajın nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır.

Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını “Spokoyniy nochi malishi” ilə hesablamaqdır.

Rus kanalında "елен и ребята" , AZTV-də “Qvadalupe” serialını izləməkdir. Yeni ildə AzTV-də mahnılara qulaq asıb, gülməli səhnələri gözləməkdir.

Uşaqlığı Facebookda yox, "çijik", "gizlənqaç", "yeddişüşə", "parol-parol", "rezinka" oynamaqla keçirməkdi. "Məhlə-məhləyə" futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır.
Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. "Anket sualında" sevdiyin qızın adının, baş və sonuncu hərflərini yazmaqdır.
Rəngli rəngli Yupi soklarıyla( ablaya çöplü sok), 250 manatlıq dondurmayla böyümək, 1 “şirvanla” bir ay "kef"etməkdi. "Turbo", "Love is", "Şip sevdi" saqqızı çeynəmək, içərisindən çıxan şəkilləri yığmaq", “Tetris”i ən gözəl hədiyyə kimi qəbul etməkdir.

3958.970.webp

"Polboks" saç stiliylə, "mokrıy şolk" parçadan enli "banan" şalvarlar geyinməkdir.

Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan bədbəxt nəsil.

Bu çətin illərin " Zadı başı" bir neçə il olsada hamısını yazıb, qeyd edə bilməyəcəyim tarix deməkdir 90 lar...

İmage
İmage
İmage
İmage

Sort:  

Nə gözəl post yazmısan, İsa. Var ol.

 3 years ago 

Çox Sağ olun Nurəngiz müəllim. İNŞAALLAH dediyiniz kimidi.

 3 years ago 

Kovreldim lap. Necede gozel usaqligimiz var idi. Kriwalarda gezirdik )) Putulka satib sega oynamaga gedirdik 😂😂😂
Heremizin cibinde birdene 18+ kart (kohneler bilir ) ozumuzu kisi bilirdik )))
Ehh Isa oten illerimi qaytaran olsa gelen gunlerimi qurban vererdim.

 3 years ago 

Çətin idi, ağır idi ama maraqlı idi da Rasim. Bir anikdot var ee Kürdəmirli cəhənnəmə düşür, deyirlər aparın bunu cənnətə, bu yazıq onsuzda dünyada yandığın yanıb.
Deyirəm bəlkə qurban olduğumun yazığı gələ bizə ki bunlar nə uşaq vaxdı, nə böyük vaxdı bir gün görməyiblər 😉😄😄

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63799.64
ETH 3130.40
USDT 1.00
SBD 3.97