İsti içkilər-C(k)appuccino

in Steemit Azerbaijan☪✔3 years ago

Bizi bilməyən nə bilsin
Bilənlərə Salam olsun...

İstər yay olsun istər qış, bizlər çay içənik. Amma çaydan başqa da isti içkilər içirik. Bunların adını sayıb sıralamağ ehtiyac yoxdu. Aşağı yuxarı hamı bilir bu adları. Havaların soyuduğu bu zamanlarda içinizi isidən bu içkilər daha çox istifadə edilir. Belə içkilərdən biri də mənim ən çox sevdiyim və içdiyim kappuçinodur.

cappuccino-gunu.jpg

Tərkibi:

● 2 stəkan süd

● 4 çay qaşığı rəndələnmiş ağ şokolad

● 4 çay qaşığı şəkər tozu

● 2 çay qaşığı qəhvə dənəsi

● Yarım stəkan krem şanti və sair—deyib fikrim burda Barista lıq etmək deyil.
Qəhvə evlərində çalışanlara barmen demirlər. Espresso içkilərinin hazırlayan sənətkarlar Barista adlanır.

1525-ci ildə İtaliyanın Marke bölgəsindən Matteo di Bassi adında bir din adamı, din xadimi hər nəysə bir mürid olur. Onun tərəfdaşları tərkidünyalığın rəmzi sayılan qonur rəngli, kapuşonlu cübbə geyməyə başlayırlar.
depositphotos_5761007-stock-photo-preaching-monk-in-church.jpg

El arasında "kapuşonka" dediyimiz geyimdən. İtalyan dilində kapuşonun tərcüməsi “cappucio” və bu səbəbdən el arasında bu rahiblərə geyimlərindən dolayı “kappuçin” ləqəbi verilir.

Sonrakı dövrlərdə “kappuçin” kəlməsi, ümumiyyətlə, cübbənin malik olduğu rəngə istinadən tez-tez işlədilməyə başlayır və yenə sonralar, qəhvədən hazırlanan bu içki, rəngindən dolayı məhz “kappuçino” adlandırılır.

Bizim üçün xeyir dua,
Edenlərə Salam olsun
...

İmage
İmage

Sort:  

İsa, sağmısın?)) Yoxsan.

 3 years ago 

Var ol Nurəngiz müəllim, şükür hələ sağam)). Geden cismimizdi, ruhumuz burdadı..

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62966.47
ETH 2631.87
USDT 1.00
SBD 2.79