Aydın oldu...

in Steemit Azerbaijan☪✔3 years ago

Bəli bu iki dahinin dialoqu doğurdanda olub, və təbii ki müəyyən təhriflər var. Amma burda məqsədim bu iki "nəhəng" insanı müzakirə etmək deyil. Bu fikirdən yola çıxaraq insanlarda olduğu kimi, millətlərdə də üstün millət, üstün xalq fikrini rədd edənlərdənəm. Yəni üstün millət anlayışını qəbul etmirəm mən. Hər insan öz milliyətiylə fəxr edə, şərəf duya bilər. Necə deyərlər mən öz millətimlə, milliyətimlə fəxr edirəm, şərəf duyuram. Ancaq bu o demək deyil ki, " bizdən yoxdu".
Mövzu milliyətcilik, ayrı seçkilik də deyil. Mən milliyətinə Türk deyənlərdənəm. Niyə Türk? Heç zad sadəcə olaraq Yaradan məni Türk olaraq yaradıb, vəssəlam. Nə al qırmızı bayraqlı Türkiyə dövlətinə görə, nə də ki " Seviyorum seni, bir tanem" sözlərinə görə deyil.
elcibey-ne-mutlu-turkum-diyene.jpg

Nəysə, yazmışdım axı mövzu ayrı seçkilik deyil. Bir gün cavan vaxtı ingilis dili oxuyanda gördüm ki, İngilislər hinduşqaya " turkey " deyirlər. Nə yalan deyim heç xoşum gəlməmişdi bu söhbətdən. Türk hara , hinduşqa hara, qara qara fikirləşirdim. Düşdüm bu "hinduşqanın arxasınca", yəni işin niyəsinin arxasınca. Tapıb öyrəndiyim bu olmuşdu ki, Amerika mənşəli olan hind quşunu ticarətçilər ilk dəfə Avropaya Osmanlı torpaqları üzərindən daxil etdiklərindən ingilislər onun adını “türk quşu” qoydular və “turkey” deyiblər. Həmin bu quş isə Osmanlı dövlətinə “Hindistan” kimi tanınan Amerika torpaqlarından gətirildiyindən ona türklər “Hind quşu” adını veriblər. Qısası, bir dənə quşun üzündən bu boyda həngamə meydana gəlib. Əslində bu quşun nə türklüyə dəxli var, nə hindliyə.

1-60.jpg

Bu doğma böyümə əsil amerikalını vətəninə, kökünə, elinə-obasına yadlaşdırıblar

İmage
İmage

Sort:  
 3 years ago (edited)

Birdənə Hind çuşqa aləmi qatıbe bir birinə.

 3 years ago 

Şişə keçirmək lazımdı onu.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62205.55
ETH 2397.85
USDT 1.00
SBD 2.50