Velosiped dünyası.

in Steemit Azerbaijan☪✔4 years ago

IMG_20220207_133159.jpg
Başa düşürəm hər bir insanın işi və gücü vardır. Ancaq sağlamlıq elə bir nemətdir ki, onu hər bir insan qorumalıdır. Bu gün cavan və sağlamsan. Sabah cavanlıq gedir sağlamlıq isə sual altına düşür. Siqaret kimi pis vərdişlərdən uzaq durmagı əsasən gənclərə tövsiyə edirəm. Velosiped sürmək insanda stressi atır , insanın bütün əzələ quruluşu hərəkətdə olur. Xanımlara da tövsiyə edirəm. Trenajorlar da sürülən velosipedlə reallıqda sürülən velosipedin ləzzəti başqadır. Artıq ölkəmizdə velosiped sürənlərin sayı günü -gundən artır. Bu yaxınlarda Nazirlər Kabinetin şəhərlərdə velosiped zolaqları haqqında da xüsusi qərarı vardır. Velosiped insanın sağlamlığı ilə bərabər həm də ekoloji təmiz bir vasitədir. Hər bir insan iş vaxtına uyğun müəyyən edərək istədiyi vaxt məşğul ola bilər . Bir sözlə sürün və sağlam qalın. Sağlamlıq qızıldan da qiymətlidir. Diqqət çəkib oxuyanlara isə öz dərin minnətdarlığımı bildirirəm.

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.075
BTC 64254.00
ETH 1675.47
USDT 1.00
SBD 0.42