Ömür..
İnsanları başqalarının fikri niyə bu qədər maraqlandırır ki ? Maraqlandırmalıdır mı ? Hər kəsin həyatı, ağrısı - şirini özü üçün kifayət qədər çətindir onsuzda. Biz niyə əlavə olaraq "görəsən nə düşünərlər ", "belə etsəm xoşuna gələrmi ", "inciməz ki? ", "yox ee birdən səhv fikir yaranar haqqımda və s. fikirlərlə həyatı daha da qəlizləşdiririk. Bu lazım deyil. And içə bilərəm ki, bir qram belə əhəmiyyət daşımamalı olan tək - tük məsələlərdən biri də elə budur. Çünki sən o səslərə əhəmiyyət verdikcə öz səsini eşitməz hala gəlirsən. Gəlirik. Kiçilirik . Öz yolunu seçə bilmirsən. Bilirəm, indi haradasa həyatından narazı olan, baş verən hərşeyi uğursuzluq olaraq görən, həyatın bir marağını hələdə tapmamış və ya anlamayanlar var aramızda. Üstəgəl qonşu Pərvanə xalanin dırdırı, qohumların bitməyən qeybəti, sözdə "dost tanışın " ötürdüyü mənfi enerji, filankəsin sərbəst şəkildə, utanmadan, üzü qızarmadan sənin haqqında dediyi hər hansı bir söz . Bütün bunların mərkəzində olmaq və bununla bərabər addım atmaq, eşitməmək , qulaqları tıxamaq adamdan iradə istəyir. Haqlı özgüvən istəyir. Özünə arxayınlıq istəyir. Bunu isə ancaq öz yoluna, sadəcə ÖZ yoluna baxaraq bacarır insan. O qədər güclü olun ki, danışılan nə yaxşı, nə də pis sözə belə əhəmiyyət vermədən ötüb keçə bilin . Özünüzü tanıyın. Toplumdan sıyrılıb keçdikdən sonra geridə qalan özünüzə bələd olun. Onun artıq və əskiklərini ancaq siz bilə bilərsiniz. Həyatın hansısa bir mərhələsində həyatınıza daxil olan ve sizi bir neçə il yaxud ay tanıyan kimsə deyil. Sən bilirsən duyğularının hansı rəngdə olduğunu , sadəcə SƏN . Gecə yatarkən üzündən çıxarıb atdığın maskadan geriyə nə qalır bunu bil. Bəli, hamımız maskalıyıq çünki. Bəzilərimiz güclü görünmə niyyəti arxasında,bəzilərimiz incinməyək deyə, bəzilərimizsə içindəki özü ilə barışa bilməməsi səbəbindən.
Həyata bir dəfə gəlirik. Onu sizin əvəzinizə başqalarının idarə etməsinə göz yumacaq qədər zəif düşməyin. Heç bir halda. Qoy desinlər həyasızdır ,arsızdır, asidir, yamandır, heçkəsi saymır, özbaşınadır.
(...sonsuz sayda nöqtə və içimizdən gələn hər cürə hiss)
Həyatınızı yaşamaqla məşğul olun. ❤️ Ömür qısadır.
Mən ümumiyyətlə o fikirlərə müsbət yanasmiram. Camaat nə deyər fikri məni arzularımı yarımçıq qoydu. Necə həvəslə hərbiyə hazırlaşırdım. Anamın onun bunun fikirlərini düşünməsi məni arzularımı boğdu