Salam, Bakı.

in Steemit Azerbaijan☪✔3 years ago

Sabahınız xeyir. Əlahəzrət koronavirusdan birtəhər icazə aldıq ki, ənənəvi surətdə dərsə başlayaq. O da yarı yarımçıq icazə verdi. Yəni yarı distant, yarı ənənəvi. Bakıya gəldik.

IMG-20210927-WA0011.jpg

Bəndəniz akademiyanın önündə. 😊 Bir kurs yoldaşım da gəlib çıxdı. Gələcək kurs yoldaşım. Hayıf gizli çəkiliş edə bilmədim. Özüm doyunca fotosessiya elədim.:)

IMG-20210927-WA0024.jpg

Sən demə tutduğumuz ev Dövlət Sərhəd Qoşunları Akademiyası ilə yan yana imiş. Balkondan görünür. Sərhədlərimizi qoruyanlar burada oxuyurmuş. Eşq olsun!

IMG-20210928-WA0005.jpg

Bu şəkildə gördüyünüz akademiyanın həyətidi ha. Sonra akademiya hanı bəs?- deyib irad tutmayın. Akademiya belə olar ha. Çox bəyəndim. Mütləq buranı bitirib akademik olmaq lazımdır:)

IMG-20210928-WA0006.jpg

Desəniz ki, tələbəliyiniz necə oldu? Cavab verərəm ki, çayı qaynadıb, kasıbın olanından süfrəyə düzüb qaşığı əlimə alıb şirinçay edəcəyəm deyərkən, şəkər tozunun olmamağından başladı hər şey.

IMG-20210928-WA0002.jpg

Əslində tələbəlik axşam yatmağa hazırlaşanda, anamın tör-töküntünü yığışdır, sonra yat, komandasını eşitmədiyim andan başladı. Bir az qərib, bir az qəribə oldum. Öyrəşəcəm yəqin.

IMG-20210927-WA0033.jpg

Oxuduğunuz və gülümsədiyiniz üçün təşəkkürlər :)

Sort:  

çok güzel bir şehir balkonlu şehir çok etkileyici ve lüks

 3 years ago 

Bakı çok güzel şehirdir😊

 3 years ago 

Tamamı ilə mən razı:))

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.028
BTC 63064.93
ETH 2468.39
USDT 1.00
SBD 2.55