Gəzməyə gedən bir tələbə.

in Steemit Azerbaijan☪✔3 years ago

Sabahınız xeyir. Dərslərimiz hələ tam siyahı ilə başlamayıb. Doğrusu, çox böyük həyəcanlarım var idi. Akademiyanın müəllimlərini bir əjdaha, bir div kimi təsəvvür edirdim. Dərsləri də saat kimi dəqiq, vaxtlı vaxtında. Bu arada həftənin iki günü əyani dərs keçəcəyik. Bazar günü guya bir daha gəzməyə çıxmağa vaxtımız olmayacaq qorxusu ilə bizim qızlarla gəzməyə çıxdıq. Əvvəlcə, mənim akademiyamın həndəvərində çoxlu dolaşdıq.

Screenshot_20211006_073100.jpg

Qız qalasının içində keçən il olmuşam. Oranı çox sevmədim. Mənim dar, kiçik məkanlarda sıxılmaq, boğulmaq kimi fobiyam var. Amma çöldən çox əzəmətli görünür. Əsl Bakıya yaraşan abidədir.

IMG_20211006_073821.jpg

Bizim ən sevimli nəqliyyatımız metrodu. Canım metro, nə yaxşı ki, səni tikiblər. Soyuq havalarda qızıldan qiymətlisən.

Screenshot_20211006_074758.jpg

Yeri gəlmişkən, həmin gün çox gözəl bir hadisə baş verdi. Notbukuma qovuşdum. @revan746 ya çox çox təşəkkür edirəm. Öz kollektivinin qayğısına qalan əsl admin belə olar😊 Notbukdan ötrü el aləmi bir birinə qatmışdım. Onlayn dərslərimiz başlayana qədər onu əldə etməli idim. Lənət olsun içimdəki məsuliyyət hissinə:)

Screenshot_20211006_074742.jpg

Qəbələli tələbə olmaq bilirsiniz nədi? Stolunun üstünə qoz ləpəsi, fındıq, qızıləhmədi alma və ən xarüqüladəsi bir boşqab qovrulmuş şabalıd olmaqdı. Bu qovrulmuş şabalıdın yaşatdığı xoşbəxtlik duyğusunu hal hazırda milyon dollarlar doldura bilməz deyərdim. Amma şişirtməyim:)

Screenshot_20211006_075614.jpg

Bu gün dərsimiz saat 10 - da başlayacaq. Deməli, bizə səhvən Konstitusiya hüququ fənni keçiblər. Sən demə ikinci semestrdən keçilməli imiş. Yaşasın Azərbaycan təhsil sistemi)
Mən də fürsətdən istifadə edib sevimli steemitazerbaijan üçün post paylaşdım. Sağ olun, hələlik😊

Sort:  
 3 years ago 

Notbuka qovuşmağınıza sevindim. Adminimizə də eşq olsun!
Təhsilinizdə uğurlar!

 3 years ago 

Çox sağ olun 😊

 3 years ago 

Təbriklər

 3 years ago 

Təşəkkürlər 😊

 3 years ago 

Salam axşamınız xeyir. MAŞALLAH xoş istirahətlər. Tələbəliyin dadını çıxarın. O fobianın adı : klaustrofobidir.Çox tanış bir hissdir. Üzərinə çox getməyin pandemi ayarlarından hələ tam çıxa bilməyiblər...

 3 years ago 

Bacardıqca qaçıram ondan)

 3 years ago 

Əslində problemlərdən qaçmaq lazım deyil. Sadəcə üzərinə yürümək lazımdır.

 3 years ago 

Qəbələdən tələbə olmaq başqa ayrıcalıqdır həqiqətən. Səni burda kompütersiz qoyacaq deyildim ki. Əsas məsələ şabalıddır. Süleyman molla demiş, amin.

Xoş istirahətlər, daha nələr görəcən nələr..

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63103.76
ETH 2556.80
USDT 1.00
SBD 2.82