Doğma bir gün.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azərbaycan topluluğu. Bu gün həqiqətən doğma bir gün idi. Səhəri dörd gözlə gözlədim. Bu gün anam gəlirdi. Sevindiyimdən uçurdum:)

IMG-20211009-WA0003.jpg

Səhəri açanda günəşi görüb çox sevindim. Hava gözəl olacaqdı. Balkon hidrometeoroloji proqnozlar bürosu elə xəbər verirdi))

IMG-20211009-WA0001.jpg

Bu gecə cızma-qara eləmişdim və onu öz WhatsApp durumumda paylaşmışdım. Tapın görək, ona kim baxıb?) Bizim dekanatlığın əməkdaşı Fəxri müəllim. Çox həyəcanlıyam. Gərək daha səliqəli əsərlər yaradıb duruma qoyam. Nə olar, nə olmaz😊

IMG-20211009-WA0000.jpg

Bunlar mənim yaşadığım qarışıq durumların rəsmidi. İçində darıxmaq, həyəcan, məsuliyyət və başqa bir çox insan ovqatını əks etdirmək istəmişəm. Nəysə ki, anam gəldi. İlk öncə kitab mağazasına baş çəkdik.Sağ olsun, tarix müəllimimiz. Bir kilometr uzunluqda kitab siyahısı verib ki, alın. Birini tapa bildik.

IMG-20211009-WA0024.jpg

Alış-veriş edib evə gəldik. Çoxlu şeylər aldıq. Reklam olmasın deyə paylaşmıram)) Bir az dincələndən sonra anam qayıdıb getməli idi. Oturduğumuz yerdə birdən söhbət aşdan düşdü. Anamın getməyinə yarım saat qalmışdı. Qəfildən dedi ki, gəlin, sizə aş bişirim. İldırım sürətilə işə qoyulduq. Anama kömək elədik. Bir gözümüz saatda, bir gözümüz qazanda. Anam aşı çatdırdı. Dəmə qoyub getdi. İndi anam yoldadı, biz də aşı yeməkdə😐

IMG-20211009-WA0018.jpg

IMG-20211009-WA0019.jpg

Bu qədər. Bu gecə bir darıxmaqlığa qapılıb yatacağam. Sabah yenə də eyniliyə qayıdacağam. Oxuduğunuz üçün təşəkkürlər.

Sort:  

Tələbə evi və evdən gələn doğma biri.. Bir də olmazsa olmaz anamızın payı❤️..

 3 years ago 

Və ananın gəlib öz əli ilə aş dəmləyib özü də ac getməyi😐

 3 years ago 

Təsadüfən həmin kitabların müəllifi, kitabları sifariş edən müəllim deyildiki? Görürsüz də, Ana ürəyidir. Vaxt məhdudluğu, yorğunluğu olsa da,öz problemlərini unudub övladı üçün dəridən qabıqdan çıxır..Nuş olsun.

 3 years ago 

Öz kitabı deyildi, yəqin özü yazmayıb kitab.
Çox sağ olun.)

 3 years ago 

Kobud da çıxmasın bu artıq ənənə idi. Çox vaxt uni. müəllimlərinin məsləhət gördükləri özləri müəllifi olduqları dərs vəsaitləri olurdu. Xüsusilə də bahalı kitablar

 3 years ago 

Mütaliə prosesi güclənəcək. Möhkəm dayanın)
Nurəngiz Ananın qızı hər şeyin öhdəsindən gəlməlidir😇
Uğurlar 🌺

 3 years ago 

Metro yolum uzaqdı, kitab oxumağa vaxtım çoxdu və oxuyuram😊

 3 years ago 

Əla. 😊
Bəlkə bir gün mənim də oxucum olacaq, Gülay xanım 😇

 3 years ago (edited)

Əsgərlikdə olanda hər ayın son həftəsinin şənbə günü atam bizi ziyatətə gələrdi. O günləri xatırlatdı məqalə. Bir vaxtlar tələbə olan @nurengizbagirova indi tələbə anasıdır. Zaman sankı təkrarlanır. zaman gələcək ki, sən də tələbə anası olduğunda bu günləri gülümsəyərək anacaqsan. Təşəkkürlər. Uğurlar arzulayıram əziz tələbəmiz. Sən bizim ailənin evladısan artıq, hər uğurunda, yenilgin də bizimdi.

 3 years ago 

Çox sağ olun. Mən də buranı ailəm hesab edirəm.

 3 years ago 

Ə yo aş döylü

 3 years ago 

Bəs nədi?)

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.027
BTC 60256.67
ETH 2327.64
USDT 1.00
SBD 2.46