club5050 ❤️ Ecaz.

in Steemit Azerbaijan☪✔4 years ago

Axşamınız xeyir. Dilimizdə gözəlliyi ifadə edən çox gözəl sözlər var. Məlahətli, ecazkar, əsrarəngiz və sair. Mənim nəzərimdə ən ecazkar, ən məlahətli və əsrarəngiz gözəllik kətan üzərində yaradılanlardır. İnsan hisslərini, duyğularını, arzularını, yaşanmışlarını kətan üzərinə köçürməklə sanki bir rahatlıq tapır insan. Rəsm çəkmək həm də zövq işidi.

IMG-20220204-WA0018.jpg

Bir incə mətləb də var axı. Rəsm bacarığımız nə dərəcədədir? Mənə elə gəlir ki, rəsm çəkmək təkcə istedada bağlı deyil, həm də məşq, davamlı çalışma məsələsidir. Bununla bağlı insanlarla dəfələrlə mübahisə etmişəm. Kətanları almaq ilk addımdır:)

IMG-20220204-WA0019.jpg

Bir doğum günü hədiyyəsi olaraq rəsm çəkməyi qərara almışam. Mövzunu da seçmişəm. Çəkdikdən sonra ilk işim həmin rəsmi burada paylaşmaq olacaq. Bir hədəfim də var. Piano çalmaq. İlk addımlarımı da atmış hesab olunuram. Ümumiyyətlə, incəsənəti, daha doğrusu incə sənəti sevməyən, onu yaşamayan insan mənim nəzərimdə yarımçıq insandır.
Oxuduğunuz üçün təşəkkürlər...

IMG-20220204-WA0009.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.093
BTC 63994.60
ETH 1797.39
USDT 1.00
SBD 0.39