#club100 The Diary Game-Better Life 6.11.2022 Görməmişəmmiş kimi çək.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, axşamınız xeyir olsun. Min ildir buralarda heç nə yazmıram. Nəhayət şeytanın qıçını qırmaq qərarına gəldim. Adam bir yerə alışdımı, səssiz - sədasız çıxıb gedə bilmir. Birdən birə yox olmaq böyük hünər istəyir. Deməli, məktəb uşaqları ilə bir görüşüb hal əhval tutmaq qərarına gəldik. Bir proqram təyin etmək lazım idi. İncəsənət muzeyinə getmək fikrini hamı bəyəndi. Elə bu məqsədlə də incəsənət muzeyinə yollandıq. Mən incə sənət aşiqiyəm, hamı bilir. Rəsmlər gördümsə ürəyim gedir.

IMG_20221031_100407.jpg

Muzeyi doyunca gəzib dolaşdıqdan sonra hardasa oturub yemək yemək qərarına gəldik. Mərkəzdə bir kafe var, adı da "Doxsanlar". Biz bu kafeyə keçən il də başqa bir tərkibdə getmişdik. Və çox bəyənmişdik. Yenidən üz tutduq "Doxsanlar" kafesinə. Kafedə əsl ötən əsrin doxsanıncı illərinin ab-havasını yaradıblar. Laklı şifoner, maqnitofon, patefon, bir sözlə, elə bil 30 il əvvələ gəlib düşmüsən. Düzdü, mən o illəri gözümlə görməmişəm. Amma tam mənzərəni təsəvvür edə bilirəm.

IMG-20221030-WA0045.jpg

IMG-20221030-WA0048.jpg

IMG-20221030-WA0046.jpg

Stolun üstündəki kart personajlarını yəqin ki tanıdınız:) Tam da doxsanlarda olduğu kimi, oturub kart oyunu da oynadıq. Kofe də tam yerinə düşdü. Dörd nəfərin hər biri ayrı universitetdə oxuduğu üçün söhbətdə mövzu bol idi. İmtahan sistemindən tutmuş, gündəlik dərs prosesinə qədər hər şeyi müzakirə etdik və ən çətin məhz onun oxuduğu universitetdi düşüncələri ilə görüşü yekunlaşdırdıq.

IMG-20221030-WA0042.jpg

Adətən, belə görüşlərdə bir daha görüşmək üçün plan cızılır. Guya hər həftə, ötdü hər ay görüşmək qərarı alınır, amma sonra da bunların heç biri baş vermir. Amma mən ümidvaram ki, biz tezliklə yenidən görüşəcəyik. Belə. Sizsə, özünüzə göz qulaq olun!)
@gulaybagirzade

Coin Marketplace

STEEM 0.13
TRX 0.34
JST 0.034
BTC 110975.24
ETH 4409.28
SBD 0.83